Mingəçevirdə növbəti-“ŞƏHİD BULAĞI”NIN, HƏMÇİNİN, ŞƏHİDLƏR – ƏRZUMAN OSMANOVLA FUAD ƏLİYEVİN BARALYEFLƏRİNİN AÇILIŞI… – FOTOLAR – YENİLƏNİB

Bu gün Mingəçevir şəhərində-“QRES” adlanan ərazidə daha bir “Şəhid bulağı”nın açılış mərasimi keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu dəfə İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ərzuman Kamran oğlu Osmanovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Açılışda Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qaziləri, şəhər ziyalıları, məktəblilər iştirak edəcəklər.

Açılış mərasimi saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, Şəhid Ərzuman Kamran oğlu Osmanov 1990-cı ilin dekabr ayının 25-də Mingəçevir şəhərində anadan olub.

O, İkinci Vətən Müharibəsi zamanı ağır döyüşlərdən birində-oktyabrın 1-də Suqovuşan istiqamətində qəhrəmancasına həlak, Şəhid olub və düz 70 gündən sonra, 2020-ci ilin dekabr ayının 10-da, 30 yaşının tamam olmasına 15 gün qalmış Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət etsin!

07:36

***

Saat 16:00-da “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.

Öncə Şəhid Ərzuman Osmanovla Birinci Qarabağ Savaşının Şəhidi Fuad Əliyevin yaşadıqları binada baralyeflərinin açılışı olub

.Sonra “Şəhid bulağı”nın açılışı ilə bağlı mərasim başlayıb.Açılış mərasiminə Şəhid Ərzuman Osmanovun ailə üzvləri, yaxınları, dostları, qonşuları, Şəhid ailələri, Qazilər, şəhər ziyalıları, din xadimləri, məktəblilər qatılıblar.

Açılış mərasimində həm Şəhid Fuad Əliyevin anası, həm də Şəhid Ərzuman Osmanovun anası və atası – Kəmalə Kamran Osmanovlar qısa çıxış edib, Şəhid övladları ilə fəxr etdiklərini, qürur duyduqlarını dilə gətirib, tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

Sonra şəhər ziyalıları, məktəblilər, din xadimləri, Qazilər və Şəhid ailələrinin təmsilçiləri – Şəhid qardaşlar-Mursa və Tural Həsənovların anası Nəhayət xanım, Şəhid Xudayar Yusifzadənin anası Radə xanım, Şəhid Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva və digərləri çıxış ediblər.

Məktəblilər Şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər

.Açılş mərasimində həmçinin, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib.

Mərasim “Xudayar təsnifi”nin səsləndirilməsi ilə başa çatıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Pandemiya şəraitində rəqəmsal bərabərsizlik probleminin şagirdlərə, həm də əyani təhsil alan tələbələrə yaratdığı çətinlikləri minimuma endirmək üçün müvafiq dövlət qurumları tərəfindən xüsusi proqram layihəsinin hazırlanması çox yaxşı olardı…”-MİLLƏT VƏKİLİNDƏN MARAQLI TƏKLİFLƏR

Read Next

Əliyevlə Lukaşenkonun qeyri-rəsmi-GÖRÜŞÜ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir