Mini futbol üzrə millimiz-AVROPA ÇEMPİONU OLDU

Mini futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında final oyununa çıxıb.

Etikxeber.az-ın xəbərinə görə, Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionu ilə matça bu dəfə daha inamlı başlayıb. İlk hissənin son dəqiqəsində Seymur Məmmədovun qolu sayəsində komandamız fasiləyə öndə yollanıb.

İkinci hissədə rəqibin təzyiqinə baxmayaraq, qapısının toxunulmazlığını qorumağı bacaran yığmamız 1:0 hesablı qələbə qazanaraq, 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğuna yiyələnib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının yarımfinalında Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.

Etikxeber.az

Read Previous

Daha 7 yeni-YOLUXMA…

Read Next

Bu ölkədə parlament-SEÇKİLƏRİ KEÇİRİLİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir