“Minlərlə insanımızı narahat edən problem aradan qaldırıldı…” – QƏNİRƏ PAŞAYEVA

Təşəkkürlər, cənab Prezident! Sizə öz adımdan və seçicilərim adından dərin təşəkkürümü bildirirəm. Cənab Prezidentin imzaladığı Sərəncamda göstərilir ki, 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 15,8 milyon manatı Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Həmçinin, Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Bu məsələ ilə bağlı bir neçə dəfə Milli Məclisdə danışmışdım, müvafiq qurumlara seçicilərimin bu məsələ ilə bağlı problemini çatdıraraq, həllini xahiş etmişdim. Cənab Prezidentimiz hər zaman olduğu kimi, vətəndaşlarımızın müraciətini yüksək səviyyədə dəyərləndirərək, minlərlə insanımızı narahat edən bu problemi aradan qaldırdı. Var olun! Hər zaman Tovuzlular yanınızdadır!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyev Gürcüstanın Müdafiə nazirini-QƏBUL ETDİ – FOTO

Read Next

“Yeni tərkibli parlament islahatlarda daha fəal və yaxından iştirak edəcək” – MƏLAHƏT İBRAHİMQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir