“Minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla insanımız sevinəcək və sevindiriləcək…”-DEPUTAT

Dünyanı başına götürən və ölkəmizə də “qonaq” gələn koronavirus pandemiyasının qarşısının alınması, önlənməsi istiqamətində atılan addımlar, görülən misilsiz işlər göz önündədir. Hər gün hamımız bunların canlı şahidləriyik, hər gün demək olar ki, böyük iradə ortaya qoyan və qətiyyət nümayiş etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar verilir, imzalanır. Eyni zamanda, ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onun 16 ildən bu yana uğurla rəhbərlik etdiyi, dünyaya tanıtdığı Heydər Əliyev Fondu tərəfindən bu prosesə töhfələr verilir. Atılan addımların, görülən işlərin, verilən Fərman, Sərəncam və qərarların da mahiyyətini, məzmununu, qayəsini Azərbaycan insanın, Azərbaycan vətəndaşının məmnunluğu, bu ağır bəladan zərərsiz, ziyansız ötüşməsi, onun sağlamlığı, təhlükəsizliyi, rifahı təşkil edir. Azərbaycan dövləti və dövlət rəhbərliyi hər an, hər saniyə öz vətəndaşının yanında olduğunu, onun qayğıları, problemləri ilə nəfəs aldığını hiss və nümayiş etdirir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, bunlar isə Azərbaycan dövlətinin hər mənada gücündən, qüdrətindən, əzəmətindən, inkişafından, gələcəyə nikbinliyindən, əzmkarlığından xəbər verir.

“Eyni zamanda, elə bunun nəticəsidir ki, dövlət başçısının tapşırıq və tövsiyələrini dərhal öz fəaliyyətində rəhbər tutan, yerinə yetirən Azərbaycan hökuməti, Nazirlər Kabineti, Baş nazir bugünlərdə önəmli tədbirlər paketi,”Tədbirlər Planı” hazırlayaraq, onu təsdiqləyərək, cəmiyyətə açıqlayıb. Artıq qısa zaman kəsiyində də həmin “Tədbirlər Planı”ndan irəli gələn məsələlərin icrasına başlanılıb, Heç təsadüfi deyil ki, elə dünən 10 mindən çox insana birdəfəlik yardımlarla bağlı ödəmələr həyata keçirlib və yaxın günlərdə də bu prosesin uğurla başa çatdrılması gözlənilir.

Eyni zamanda, sahibkarlarla bağlı güzəştlərin edilməsi, bank kreditləri ilə əlaqədar bir sıra önəmli addımların atılması, təhsil haqları məsələsində güzəştlərə gedilməsi, yüzlərlə, minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla insanın sevindirilməsi gözlənilir. Konkret olaraq, banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Həmçinin, dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq və sair və ilaxır.

Bunlar hər birimizi qürurlandırır, sevindirir, dövlətimizə, dövlət rəhbərimizə güvənimizi, etimadımızı bir daha və bir daha artırır, yüksəldir. Hamımız bir nəfər kimi dövlətimizə və dövlət rəhbərimizə güvənir, etimad edir və özümüzü arxayın, güclü hesab edirik. Onu da hesab edirik və qəti əminik ki, bu bəlanın, bu təhlükənin öhdəsindən də birlikdə gələcəyik, birlikdə bacaracağıq, birlikdə güclü olacağıq”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Adil Əliyevin “komitəsi” “Yaşamaq yaşatmaq qədər gözəldir” adlı-QANVERMƏ AKSİYASI KEÇİRİR…

Read Next

“Qeyri-neft ixracının 14 faiz artması çox gözəl göstəricidir…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir