“Minsk qrupu, həmsədrlər nəhayət, məsuliyyətini dərk etməli və…” -MİLLƏT VƏKİLİ

Çox təəssüflər olsun ki, artıq 31 ilini geridə qoyduğumuz Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi bu il də öz həllini tapmadı. İşğalçı və təcavüzkar Ermənistanın destruktiv, dağıdıcı və təxribatçı mövqeyi üzündən münaqişənin sülh və danışıqlar yolu ilə həlli bu il də baş tutmadı. Hansı ki, ötən ilin sonları, bu ilin əvvəllərində münaqişənin sülh və danışıqlar yolu ilə həllinə müsbət ümidlər yaranmışdı, problemin çözümü  yönündə böyük, müsbət irəliləyişlərin, gəlişmələrin olacağı gözlənilirdi. Ancaq Paşinyanın “format dəyişiklikləri” oyunları, işğal altındakı Qarabağa qanunsuz səfərləri, təxribatçı çıxışları, təmas xəttində, cəbhədə gərginliyin yaradılması, günahsız qanların tökülməsinə yönələn addımları münaqişənin bu il də həllini mümkünsüz etdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, təəssüf doğurmalı məqamlardan biri odur ki, yenə də münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu və onun həmsədrləri Ermənistanın növbəti təxribatlarına və fitnəkar əməllərinə layiqli cavablarını vermədi, onu sərt şəkildə cəzalandırmadı, sülh getməyə məcbur etmədi.

“Yenə də söz yığını olan bəyanatlardan o yana keçilmədi. Bunlar çox böyük təəssüf doğurur. Hesab edirəm ki, artıq Minsk qrupu və həmsədrlər quru bəynatlardan, sözdən, vədlərdən əmələ keçməli, Ermənistanın cəzalandırılması, sülhə məcbur edilməsi yönündə konkret addımlar atmalıdır. Azərbaycan insanının səbr kasası hər gün daşmaqdadır, insanlarımız artıq beynəlxalq birlikdən, həmsədrlərdən ədalətli qərar və konkret qərarlar gözləyir. Bu, Azərbaycan insanının haqqıdır, kimsə onun bu hüququnu əlindən ala bilməz. Odur ki, BMT Təhlükəsizlik Şurası, Minsk qrupu və həmsədrlər hərəkətə gəlməli, gərəkən addımları atmalıdır.

Bununla yanaşı, başa çatmaqda olan ili uğurlu saymaq olar. Çünki bu il Ermənistanın siyasi-diplomatik cəhətdən tərksilah edilməsi, ona siyasi-diplomatik sarsıdıcı zərbələr endirilməsi, erməni yalanlarının ifşası istiqamətində böyük uğurlar əldə edildi. Xüsusilə, “Valday”da, Aşqabadda-MDB dövlət başçılarının Zirvə toplantısında, ölkəmizin yüksək səviyyəli ev sahibliyi ilə baş tuan möhtəşəm Turk Şurasının, BMT-dən sonra dünyanın ikinci nüfuzlu təşkilatı-Qoşulmama Hərəkatının Bakı Zirvəsində Ermənistanın ifşası yönündə böyük mənəvi-siyasi uduşlar, qələbələr əldə olundu.

Ermənilərə, Ermənistana böyük və sarsıdıcı siyasi-mənəvi-diplomatik zərbələr endirildi. Çox çətin ki, Ermənistan siyasiləri, hakimiyyət rəsmiləri, Paşinyan hakimiyyəti bu zərbələrdən tezliklə ayıla. Çünki qeyd etdiyim kimi, bu zərbələr sarsıdıcı oldu, nokauta çevrildi. Bu baxımdan hesab edirəm ki, bütün bu uduşlar, bu qələbələr qarşıdan gələn 2020-ci ildə Azərbaycan üçün əlavə şans, imkan yaradar, həmçinin, bu istiqamətində addımların növbəti davamı gələr və münaqişənin həllini, Ermənistanın ifşasını sürətləndirər. Buna  inamımız və ümidimiz böyükdür”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az 

Read Previous

34 yaşlı Sanna Marin – FİNLANDİYANIN YENİ BAŞ NAZİRİ OLACAQ

Read Next

“Onlar qorxulu insanlardır və bir adları var: riyakar!” – DEPUTAT QƏZƏBLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir