Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər yeni təxribatlar törətməyə cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Ancaq Qarabağ probleminin bu cür manipulyasiya edilməsi uzun müddət davam edə və Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb. Bu separatçı əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq və buna çox az qalıb.
Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Xankəndi də, bütün Qarabağ da tezliklə öz həqiqi sahibinə – Azərbaycana qovuşacaq. Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması bütün paşinyanları, arutunyanları isterika vəziyyətinə salıb və onlarda nostalji hisslərini o qədər qabardıb ki, Gəncənin adını belə Kirovabad kimi söyləməyə məcbur edib.
“Ancaq seperatçılar və işğalçılar bilməlidirlər ki, yeni tarixi mərhələ başlayıb və onların böyük nostalji hissi ilə xatırladıqları sovet imperiyası, onun işğal maşını yeni dövrdə real hərbi-siyasi mexanizm deyil, həmçinin separatçı rejimi dəstəkləyən qorbaçovlar artıq yoxdur. Təəccüb və təəssüf doğuran məqam isə odur ki, seperatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Görünür, ATƏT-in Minsk qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir” – deyən deputa vurğulayıb ki, bu cür davranışlara son qoyulmalıdır:
“Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi istisna deyil. İşğal faktı qaldıqca, müharibə riski də qalacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir”.
Etikxeber.az