Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək

Oktyabrın 12-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək.

Dövlət Miqrasiya Xidmətindən Etikxeber.az-a bildiriblər ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib: MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında; “MDB iştirakçı dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası haqqında; MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və qeyd edilən məlumat bazasının Əsasnaməsinin işlənilməsi haqqında; Vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycan Respublikasının təcrübəsi haqqında; MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi haqqında;

Miqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti haqqında;

Belarus Respublikası miqrasiya orqanlarının ölkədə yaşamanın leqallaşdırılmasının bir üsulu kimi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin saxta nikahlarının aşkarlanması təcrübəsi haqqında; MDB iştirakçı dövlətlərdə əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi haqqında; Aşkar edilmiş qanunsuz miqrasiya kanalları haqqında; MDB iştirakçı dövlətlərin miqrasiya sahəsində üçüncü ölkələrlə bağladığı beynəlxalq sazişlər haqqında; Pasportların, giriş vizaların, MDB iştirakçı dövlətlərin ərazisinə giriş-çıxış və ölkədə olma zamanı istifadə edilən digər sənədlərin texniki və digər mühafizəsi üsullarının təkmilləşdirilməsi təcrübəsi haqqında; MDB iştirakçı dövlətləri vətəndaşlarının qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına dair təcrübə; MDB iştirakçı dövlətlərin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərinin vahid uçot sisteminin yaradılması işinin gedişi haqqında; MDB üzv dövlətlərinin miqrasiya sahəsində əməkdaşlığa dair hüquqi aktlarının inventarlaşdırılması haqqında; MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-ci ilin iş planı haqqında; Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-2018-ci illər üçün iclaslarının keçirilmə cədvəli haqqında; MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında 2017-ci ildə sədrliyi haqqında; MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti iclasının gündəliyi, keçirilmə tarixi və yeri haqqında mövzular müzakirə olunacaq.

İclasda iştirak etmək məqsədilə MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevin, Rusiyanın daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun, Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzodanın, Belarusun daxili işlər nazirinin müavini Nikolay Melçenkonun, Türkmənistanın Dövlət Miqrasiya Xidməti rəisinin müavini Mered Meredovun, Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi sədrinin müavini Aslan Karjaubayevin, Qırğızıstanın Miqrasiya üzrə Dövlət Xidmətinin hüquqi təminat və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Çingiz Sarıbeyovun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə səfərləri nəzərdə tutulub. Eyni zamanda, MDB Parlamentlərarası Assambleyası, Ümumhəmkarlar İttifaqları Konfederasiyası, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatından da nümayəndələrin qeyd edilən tədbirdə iştirak etmələri planlaşdırılıb.

MDB üzv ölkələrinin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 2007-ci il 5 oktyabr tarixli Qərarı əsasında yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Rusiyanın miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.

Azərbaycan Respublikasını Şurada Dövlət Miqrasiya Xidməti təmsil edir. Şura çərçivəsində ildə iki dəfə görüşlər keçirilir. Şuranın iclaslarında əsasən üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının icrası və miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunur. Bununla yanaşı, mütəmadi olaraq, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində üzv ölkələrdə tətbiq olunan yeni metodlar, mövcud qabaqcıl təcrübələr, həmçinin qanunvericilik bazası barədə geniş məlumat mübadiləsi aparılır və qərarlar qəbul edilir.

Xatırladaq ki, Şuranın 8-ci iclası 2010-cu il sentyabrın 28-dən 30-dək Bakı şəhərində keçirilib.

Etikxeber.az

Read Previous

“ASAN xidmət” mərkəzlərində “Azəriqaz”la bağlı 6,5 min müraciət öz həllini tapıb

Read Next

Bakıda “Visla” film festivalı çərçivəsində altı polyak filmi nümayiş olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir