Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fəxri Qəribzadənin qarşıdan gələn Cənnətdəki altıncı doğum günü, 32 yaşının tamam olması ilə bağlı tədbir düzənlənib.
Tədbir bu gün-8 yanvar 2026-cı il tarixində, günorta saatlarında Bakı şəhərində baş tutub.
Tədbir Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin (İB) təşəbbüsü və təşkilatçılığı ilə Milli QHT Forumunun ofisində təşkil olunub.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Fəxri Qəribzadə ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra çıxışlar başlayıb.

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin rəhbəri Güllü Tomarlı, Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, tək bacısı Türkanə xanım, tanınmış əmək Qəhrəmanı, sabiq millət vəkili Tərlan Musayeva, Şəhid anaları, Şəhid atası, Qazilər, “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin rəhbəri Ülviyyə Vasifqızı, ziyalılar və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin 26 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından, Vətənini ailəsindən, onu təkbaşına böyüdən anasından üstün tutmasından, Vətən yolunda Şəhadətə ucalmasından söz açılıb.
Qarşıdan gələn Cənnətdəki altıncı doğum günü, 32 yaşı təbrik olunub, anası Mehparə xanıma və tək bacısı Türkanə xanıma Allahdan səbr və dözüm arzulanıb.
Tədbirdə həmçinin, Vətənə, Şəhidə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa edilib.

İkinci Vətən Müharibəsinin iştirakçısı, Qazi, Muğam müsabiqəsinin qaliblərindənn olan peşəkar ifaçı-xanəndə İzzət Mənsimovun ifası tədbirə xüsusi rəng qatıb, gur alqışlanıb.
Eyni zamanda, Şəhidsevər müğənni Zəminə Duyğunun ifası tədbir iştirakçılarını kövrəldib, təsirləndirib, duyğulandırıb.
Tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Həmçinin, xanım rəssam tərəfindən Şəhidin ailəsinə Fəxri Qəribzadənin rəsmi-portreti təqdim olunub.
Qeyd edək ki, iki saatdan çox davam edən tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin üzvləri, Şəhid Fəxri Qəribzadənin anası və tək bacısı, Şəhid ailələri, Qazilər, sənətçilər, ziyalılar və digər şəxslər iştirak ediblər.
Tədbirdə eyni zamanda, xatirə fotoları çəkdirilib.
17:00
***
FOTOLAR:











18:30
***










19:00
***


















19:30
***



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





