“Mirzə Xəzər “Şərəf”, “Şöhrət”, hətta, “İstiqlal” ordeninə tam layiqdir” – İSA QƏMBƏR

Mirzə Xəzər vəfat etdi…Azərbaycanımızın səsini dünyaya çatdırmaqda misilsiz xidmətləri olan, xüsusən 1990-cı il Yanvar hadisələrində xalqımızın yanında olan, informasiya blokadasını buzqıran gəmi kimi yaran bu böyük insanı heç bir zaman unutmayacağıq.

Etikxeber.az xəbər verir ki, bunu eks-spiker İsa Qəmbər deyib.

“Məncə Mirzə Xəzər hakimiyyətin sağa-sola gen-bol payladığı ordenlərin hər birinə- Şərəf, Şöhrət, hətta, İstiqlal ordeninə tam layiqdir. Heç olmasa ölümündən sonra verilə bilər. Xatırladıram ki, Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti olaraq 1990-cı ildə Mirzə Xəzəri milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görmüşdük…” – deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Seçicilərin YAP-ın namizədlərinə səs verəcəyi şübhəsizdir…” – İBRAHİMQIZI İDDİALI VƏ İNAMLI DANIŞDI – FOTOLAR

Read Next

“Siz Vüqar müəllimi seçsəniz…” – PROFESSOR SƏFA ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir