“Mirzə Ələkbər Sabir”də yaddaqalan və kreativ – MÜƏLLİMLƏR GÜNÜ – FOTOLAR

“Beynəlxalq Müəllimlər Günü” Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbdə də qeyd edilib.

Etikxeber.az-a daxil olan məlumata görə, tədbirdə məktəbin illər öncə çalışmanın yaş həddi ilə işdən ayrılmış qocaman və gənc müəllim heyəti, əməkdaşları, şagirdləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir  Dövlət Himni sədaları ilə açıq elan edilib.

Sonra məktəbin həyat və fəaliyyətindən bəhs edən video rolik nümayiş edilib. Tədbiri giriş sözü ilə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova açıb.

Məktəbin rəsmisi tədbir iştirakçılarını müəllim günü münasibəti ilə təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb.

Müəllimlik peşəsini ən şərəfli və vacib peşə adlandıran Sədaqət Şükürova müəllim adının bütün zamanlarda uca və müqəddəs sayıldığını bildirib və bütün müəllimləri bu adın şərəfini daima yüksəltməyə, ölkəmizin inkişafı naminə hazırlıqlı kadrlar yetişdirməyə səsləyib.

maktab-16 maktab-15

Mərhum dövlət başçısı  Heydər Əliyevin “müəllimdən müqəddəs peşə yoxdur” kəlamını xatırladan direktor müəllim peşəsinin müqəddəsliyindən, bu şərəfli adın daşıyıcılarının gənc nəslin tərbiyəsində əvəzsiz rolundan danışıb.

Məktəbin qazandığı təhsil uğurlarında müəllimlərin əhəmiyyətli rolunu önə çəkən S. Şükürova onların çətin əməyinin hər cür alqışa və mükafata layiq olduğunu diqqətə çatdırıb.

maktab-17

Direktor xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb, göstərilən xüsusi diqqət və qayğıya görə məktəbin direktoru Sədaqət müəlliməyə öz dərin minnətdarlıqlarını bildiriblər. Tədbirdə yekununda iştirak edən məktəbin qocaman müəllimlərinə fəxri fərman və qiymətli hədiyyələr verilib.

Şagirdlərin ifasında səsləndirilən şeir, mahnı və rəqslər iştirakçılarda xoş əhval-ruiyyə yaradıb.

Etikxeber.az

Read Previous

“Dağlıq Qarabağ xalqı”nın kim olduğunu bilmək istərdim…” – DEPUTAT

Read Next

“Bu, milli dövlətlərin də gələcəyi ilə bağlı ciddi suallar doğurur…” – MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir