Mirzəzadə də kəskin danışdı: “Sərt mövqe tutmalıyıq!”

“Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər bir kəsi sarsıtdı. Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi bir hadisədir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır. Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblərə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişiklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdır.

“Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevirilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir.

İnsanlarımızın, xüsusilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq.

Qəzada ölənlərin ailələrinə Allahdan rəhmət diləyirəm!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Niyə özləri bu haqda hesabat hazırlayıb dünya ictimaiyyətinin diqqətinə çatdırmır?” – MİLLƏT VƏKİLİ

Read Next

Əməkdar artist 80 yaşında vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir