MM-də ilk hesabatın vaxtı məlum oldu-BƏLƏDİYYƏLƏRLƏ BAĞLI İLLİK MƏRUZƏ AYIN 22-DƏ MÜZAİRƏYƏ ÇIXARILACAQ

Milli Məclis (MM) qarşısında ilk hesabatın vaxtı məlum olub.

Etikxeber.az-ın xəbərinə görə, yaz sessiyasının 3-cü iclasında, yəni, martın 22-də keçirilməsi nəzərdə tutulan plenar iclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” qanunvericilik aktı müzakirə olunacaq.

Sənəd öncə-martın 18-də MM-in Regional məsələlər komitəsində, tövsiyədən sonra isə ayın 22-də plenar iclasda müzakirə və qəbul ediləcək.

MM-deputatlar qarşısında hesabat-illik məruzə ilə Ədliyyə nazirinin birinci müavini, general Vilayət Zahirov çıxış edəcək.

Qeyd edək ki, illik məruzəyə əsasən keçən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

Bildirilib ki, həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokol isə baxılmaqdadır.

Həmçinin, 106 qanunazidd bələdiyyə aktı inzibati nəzarət qaydasında verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən ləğv edilib və ya dəyişdirilib.

İnzibati nəzarət çərçivəsində ümumilikdə 9323 hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Nəticədə 290 ha torpaq sahəsi mülkiyyətə, 8806 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bütövlükdə 9096 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib, 227 ha torpaq sahəsi ilə bağlı mübahisələr hələ məhkəmələrin icraatındadır.

Etikxeber.az

Read Previous

Müəllimlər üçün sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur-TƏHSİL NAZİRLİYİ

Read Next

Bayramov Çavuşoğluna şəfa dilədi VƏ ONU AZƏRBAYCANA DƏVƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir