MM-in 2022-ci il yaz sessiyasının 11 məsələdən ibarət olan-İKİNCİ PLENAR İCLASI…

Bu gün Milli Məclisin (MM) 2022-ci il yaz sessiyasında ikinci plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ təklif olunub və həmin məsələlər bunlardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

 2. “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 4. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 

6. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).7. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).9. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Millət vəkilləri yenə sosial məsafəni gözləyəcək, bir-birilərindən iki metr aralıda əyləşəcək, tibbi maska və əlcəklərdən istifadə edəcəklər.

Eyni zamanda, “COVİD-19-“a dair PCR testi tələbə ilə bağlı MM-də akkreditasiyadan keçmiş media mənsublarının bir çoxu növbəti dəfə iclası izləyə bilməyəcəklər.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Prezidentin mənə münasibəti çox istidir…Həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. …”-DEYƏN RAMİZ MEHDİYEV AMEA PREZİDENTLİYİNDƏN İSTEFA VERDİ

Read Next

Ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadə, evin tək oğlu Səid Ədilov və ali təhsilli, peşəkar hərbçi, Leytenant İbrahim Əliyevlə bağlı-ZABİTLƏR EVİNDƏ ANIM TƏDBİRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir