MM-in plenar iclası-SEVİNC FƏTƏLİYEVA VƏ NİGAR ARPADARAİ ƏLİLLİYİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ YÖNÜNDƏ PROBLEMLƏRİN HƏLLİNİ QALDIRDI, AZƏR BADAMOV QAZ LİMİTİ İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİF SƏSLƏNDİRDİ, FAZİL MUSTAFA İDMAN ZALLARININ AÇILMASINDAN DANIŞDI, ZİYAFƏT ƏSGƏROVU İSƏ NİZAMİ SƏFƏROV ƏVƏZLƏDİ… – YENİLƏNİB – (3)

Bu gün Milli Məclisin (MM) yaz sessiyasının növbəti-üçüncü plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, saat 11:00-da başlayacaq iclasın gündəliyinə 22 məsələ daxil edilib. 

Gündəlikdəki məsələlər bunlardır:

1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5.Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

10. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

12. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

13. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

14. “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi  haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

15. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

19. “Elektroenergetikahaqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:03

***

MM-in iclası öz işinə başlayıb.

İclası S. Qafarova aparır.

11:00

***

İclas cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirir.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva əlillərin sosial müdafiəsi, əlilliyin müəyyənləşdirilməsi məsələsinə toxunub.

Qeyd edib ki, xüsusilə, əlilliyin müəyyənləşdirilməsi məsələsində yeniliklər tətbiq olunsa da və bu, cəmiyyət tərəfindən razılıqla qarşılansa da, bu məsələ ətrafında müəyyən narahatlıqlar var.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qanunvericilikdəki müəyyən boşluqların doldurulmasına ehtiyac var.

Əlillik məsələsi ilə bağlı mövzunu digər millət vəkili Nigar Arparadari davam etdirib.

Millət vəkili bildirib ki, bu yöndə narahatlıqları həll etmək üçün “ASAN xidmət” tipli bir model, sistem yaradılmalıdır.

“Mən aidiyyatı qurumlara da səslənirəm ki, bu məsələnin üzərində düşünsünlər və proseduru asanlaşdırmaq üçün bu istiqamətdə addımlar atsınlar. Qazilərimiz bir kağızdan ötrü ora-bura getməməlidirlər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar “-deyə, millət vəkili əlavə edib.

11:10

***

Millət vəkili Azər Badamov isə çıxışında qaz limiti məsələsini qaldırıb və bunları deyib:

“Seçicilərimi narahat edən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ nəinki mənim seçicilərimi, bütün dağlıq rayonlarda yaşayan insanları narahat edir. O cümlədən, dağlıq rayonları təmsil edən deputatların da tez-tez qarşılaşdığı problem olduğunu düşnürəm.

Əvvəlcə qeyd edim ki, 2019-cu ilin may ayından Tarif Şurasının qərarı ilə əhaliyə güzəştli qiymətə satılan təbii qazın limiti 2200 kub metr müəyyənləşib. Azərqazın məlumatına görə ölkə əhalisinin 85%-i tətbiq olunmuş limit həddini keçmir. Amma 15% -i isə 2200 kub metrdən daha çox təbii qaz istifadə edir. Sual olunur, bu 15 % çox yandıran əhali qrupu hansılardır.

Qaldıracağım məsələ də əhaliyə güzəştlə satılan qaza qoyulan limitlə bağlıdır. Dağlıq rayonlarda ilin 7 ayına yaxın havalar soyuq və şaxtalı keçir. Bu da həmin rayonların sakinlərinin evlərinin isidilməsi dövrünün digər regionlardan daha uzun olmasını tələb edir. Həm də dağlıq rayonlarda evlərin qızdırılması üçün hər saatına istifadə edilən qazın həcmi də çoxdur.

Çünki hava soyuq olduğundan evin divarlarını qızdırmaq üçün daha çox yanacağın yandırılması tələb olunur. Havalar bir az soyuyan kimi evlərin isidilməsinin vaciblyni hər birimiz hiss edirirk. Dağlıq rayonların sakinləri təqvim ilinin yarısında bu çətinliklə yaşayırlar və digər regionlardan daha çox yanacaq yandırmaqlarına məcburdurlar. Amma güzəştli qaz limiti tətbiq olunanda bu amil nəzərə alınmayıb və bütün ölkəyə eyni yanaşma ortaya qoyulub.

Görüşlərimiz zamanı və bizə ünvanlanan çoxlu müraciətlərdə bildirirlər ki, evlərdə qaz olduğu halda yandırılan qazın pulunu ödəyə bilmədiklərindən məcbur olub alternativ yanacağın axtarışında olurlar. Bu da dağlıq rayonların sakinlərini xüsusi çətinliklə qarşılaşdırır. Qeyd etdim ki, ölkə üzrə əhalisinin 15%-i qaz limitini aşır. Bu 15%-in tərkibində dağlıq rayonların əhalisi 10% dən də aşağı olduğunu düşünürəm. Bu da böyük rəqəm təşkil etmir.

Ona görə də bu yüksək tribunadan Tarif Şurasından dağlıq rayonlarda yaşayan insanların haqlı narahatlığını nəzərə alıb, mövcud reallığı dəyərləndirərək tətbiq olunumuş güzəştli qaz limitini dağlıq rayonları üçün artırmağını xahiş edirəm”.

11:19

***

“Bu gün ölkədə idman zallarının açılması məsələsini ən ali tribunadan qaldırırıq. Dəfələrlə də bu məsələni qaldırmışıq, amma reaksiya verən yoxdur. Bu yerlərdə çalışan əhali dolana bilmir. Artıq əhali arasında yoxsullaşma gedir”.

Bunu da MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib. 

O, bildirib ki, heç olmasa, cavabdeh qurumlar çıxıb desin ki, istəyirik əhali yoxsullaşsın, istəmirik idman zalları açılsın, məqsədə uyğun deyil:

“Reaksiya versinlər. Biz məsələni burada qaldırırıq, burada da qalır”.

Spiker də öz növbəsində F. Mustafaya deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə münasibət bildirir:

“İdman zallarının açılmamasının səbəbi pandemiyadır”.

Cari məsələlərin müzakirəsindən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

İlk məsələ kimi millət vəkili Nizami Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında məsələyə baxılıb.

Qeyd edilib ki, N. Səfərov bu vəzifədə-növbəti 4 il müddətində rotasiya qaydasında həmkarı Ziyafət Əsgərovu əvəzləyəcək.

Qısa müzakirələrdən sonra məsələ səsə qoyulub və qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Futbol elə Bakıdan ibarətdir?”-TAHİR KƏRİMLİ

Read Next

“Parlament üzvü kimi, Göyçə mahalına, sonra Abbasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm…”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir