MM-in 5 komitəsi eyni gündə-MARTIN 16-da İLK İCLASINI KEÇİRƏCƏK – YENİLƏNİB

Martın 16-da Milli Məclisin (MM) bir neçə komitəsinin ilk iclası keçiriləcək.

MM-dən Etikxeber.az-a daxil olan məlumata görə, martın 16-da öncə, saat 11:00-da Elm və təhsil komitəsinin ilk iclası olacaq.

İclasa yeni tərkibli komitənin yeni sədri (keçmiş sədr müavini) Bəxtiyar Əliyev sədrlik edəcək.

Saat 12:00-da MM-in Əmək və sosial siyasəti komitəsinin ilk yığıncağı keçiriləcək.

Yığıncağa komitənin yeni sədri Musa Quliyev sədrlik edəcək.

Saat 15:00-da Səhiyyə komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.

Birgə iclası Səhiyyə komitəsinin iclasını akademik Əhliman Əmiraslanov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Birinci vitse-spiker Əli Hüseynli aparacaq.

Qeyd edək ki, bu komitələrdə sədr dəyişikliyi baş verməyib.

Saat 16:00-da isə Səməd Seyidovun sədrliyi ilə Beynəlxalq münasibətlər və parlamentlərası əlaqələr komitəsinin iclası keçiriləcək.

İclasların gündəliyi isə hələlik tam müəyyənləşməyib.

***

MM-in Səhiyyə, o cümlədən, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirus (Covid-19) infeksiyası ilə bağlı məsələ müzakirə olunacaq.

Məsələ iclasın gündəliyinə salınıb.  

İclasda koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq.

Etikxeber.az

Read Previous

Referendum, proporsional seçki sisteminin bərpası, deputatların sayının artırılması… – FƏZAİL AĞAMALI İSTİSNA ETMƏDİ

Read Next

Bakı-Tbilisi-Bakı qatarlarının hərəkətində məhdudiyyətlər-TƏTBİQ OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir