MM-in iclası: FATMA YILDIRIM BƏRDƏNİN KANALİZASİYA PROBLEMİNDƏN DANIŞDI, QÜDRƏT HƏSƏNQULİYEV YENİ İNSTİTUT YARADILMASI TƏKLİFİ İLƏ ÇIXIŞ ETDİ, BİRİNCİ VİTSE-PREZİDENT VƏ VİTSE-PREZİDENTLƏRƏ ÖMÜRLÜK DİPLOMATİK PASPORT VERİLƏCƏK, SABİR RÜSTƏMXANLININ TƏKLİFİ DƏSTƏKLƏNDİ – YENİLƏNİB – (4)

Bu gün, 20 dekabr tarixində Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 34 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


9. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.


10. “Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


12. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


13. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


15. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


16. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


17. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


18. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).


19. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


21. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


22. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


24. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


25. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


26. “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


27. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


28. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


29. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


30. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


31. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


33. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


34. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

08:06

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:01

***

“Bərdə şəhərində kanalizasiya sistemi yoxdur”.

Bunu deputat Fatma Yıldırım bildirib.

Deputat deyib ki, bu gün ölkəmiz dünyaya yayılmış koronavirus infeksiyasına qarşı qətiyyətlə mübarizə aparmaqdadır.

“Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın yayılmaması üçün bütün dövlət strukturları səfərbər olunub. Belə bir çətin dövrdə 200 mindən çox əhalisi olan Bərdə rayonunda və onun mərkəzi olan Bərdə şəhərində kanalizasiya sisteminin olmaması sakinlərdə çox ciddi narazılıq doğurur. Hazırda ərazi üzrə həm fərdi evlərin, həm də çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda daşaraq yollara dağılması bir çox yoluxucu xəstəliyin yayılmasına zəmin yaradır. İnsan sağlamlığına mənfi təsir göstərən belə halların tezliklə aradan qaldırılması olduqca önəmlidir.

Bilirik ki, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində bır sıra rayon mərkəzlərində kanalizasiya sistemləri qurulub və bu işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Bərdə şəhərində də kanalizasiya sisteminin yaradılması ilə əlaqədar ötən il “Azərsu”ya rəsmi şəkildə müraciət etmişəm. Bir daha hökumətdən xahiş edirəm ki, icra olunacaq layihələr çərçivəsində Bərdə şəhəri də nəzərə alınsın”-deyə, o, əlavə edib.

11:35

***

“Nə dövlət qoruqlarının, nə milli parkların hüquqi rejiminə dair Azərbaycanda qanun var”-deyən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev isə təklif edib ki, bununla bağlı qanun hazırlansın:

“Ya bunu özümüz hazırlayaq, ya da hökumət göndərsin. Digər tərəfdən, hazırda Azərbaycanda dövlət qurumlarında nəsillərin tarazlanması prosesi gedir. Amma bütün sahələrdə bu, hamar formada özünü biruzə vermir. Bizə göndərilən qanun layihələrində çatışmazlıqlar olur. Ədliyyə Nazirliyi yanında Qanunvericilik Baş İdarəsi var. Baş İdarənin əsas vəzifəsi mövcud qanunların yeni qəbul edilmiş qanunlara uyğunluğunu təmin etməkdir. Bir çox halda Baş İdarənin də rəyləri nəzərə alınmır. Bu işlə məşğul olan institutun yaradılmasına nail olsaq, bu, Milli Məclisin adı ilə qalar. Bunun üçün Prezidentə müraciət edək. Bu institutu ya Ədliyyə Nazirliyi, Milli Məclis, ya Ədliyyə Nazirliyi yanında yaradaq. Belə institutun yaradılmasına son dərəcə ehtiyac var. Bununla bir çox problemi həll edib, çözə bilərik”.

S. Qafarova da cavabında bildirib ki, bu məsələ ilə bağlı komitədə Əli Hüseynli ilə məsləhətləşmələr aparılsın.

11:47

***

Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Birinci vitse-prezidentə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Bu, iclasda müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, XİN tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

11:54

***

“Dünyanın bir çox ölkələrində diplomatik pasport ömürlük verilir”-deyən
deputat Sabir Rüstəmxanlı öz növbəsində təklif edib ki, millət vəkillərinə də ömürlük diplomatik pasport verilsin:

“Diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir. Məncə, millət vəkilliyi vaxtı qurtaran, amma Azərbaycanda hələ də fəaliyyət göstərən insanların sayı 150-200 nəfərdir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatlara diplomatik pasportları qaytarılsın”.

Deputat Fəzail Ağamalı da təklifi dəstəkləyib:

“Xahiş edirəm bu məsələni müzakirəyə çıxaraq. Bu, çox ədalətli yanaşma olardı”.

Eyni zamanda, deputat Məlahət İbrahimqızı təklifi dəstəkləyib:

“Bəlkə də müəyyən limiti burada nəzərə ala bilərik. Bütün ölkələrdə bu var. Azərbaycanda da bu məsələ müsbət həll oluna bilər”.

MM sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cavabında bildirib ki, bu, bir sıra ölkələrdə var:

“Amma bu, həm də bir sıra ölkələrdə yoxdur. Bu format Azərbaycanda uzun illər mövcuddur. Diplomatik pasport hazırda bizim fəaliyyətimiz dövründə verilir. Bunun gərək həm də rəyləri olsun. Ancaq bütün millət vəkilləri bu məsələni qaldırarsa, komitədə buna baxıla bilər”.

Spiker isə qeyd edib ki, artıq bir çox həmkarlar məsələni qaldırıb:

“Ona görə bunu nəzərə almaq olar”.

Etikxeber.az

Read Previous

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı-PREZİDENTDƏN NÖVBƏTİ SƏRƏNCAM

Read Next

“Helikopterin qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib”-BAŞ PROKURORLUQ YENİ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir