Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Milli Məclisin (MM) növbəti-8-ci plenar iclası keçiriləcək.
Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ salınıb.
Gündəliyə daxil edilmiş məsələlər bunlardır:
1. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında.
2. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
6. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
7. “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
9. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
11. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
12. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
13. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
15. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
16. “Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
18. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
20. Azərbaycan Respublikasının 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
21. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
22. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
24. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
25. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
27. Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında.
İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.
Millət vəkilləri yenə bir-birindən iki metr aralıda əyləşəcək, həmçinin, tibbi masklardan və əlcəklərdən istifadə edəcəklər.
Eyni zamanda, 65 yaşdan yuxarı olan millət vəkillərinin də iclasda iştirakı gözlənilir.




09:06
***
Plenar iclas öz işinə başlayıb.
İclasa S. Qafarova sədrlik edir.
11:01
***
iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
K.Əliyev parlamentin iclasında iştirak edir.
Xatırladaq ki, indiyədək Baş prokuror vəzifəsini Zakir Qaralov tuturdu.
Onun səlahiyyət müddəti başa çatıb.
11:10
***
“Konstitusiyaya əsasən, Prezident Baş prokuroru Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir”.
Bunu iclasda Kş Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin edilməsinə razılıq verilməsi üçün MM-ə təqdim edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.
O, bildirib ki, Əliyev Kamran Bayram oğlu 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub:
“1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktorudur”.
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur”.
Ə. Vəliyev bildirib ki, K. Əliyevin prokurorluq orqanlarında fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib:
“O, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Ümid edirəm ki, Milli Məclis də onun Baş Prokuror vəzifəsinə təyinatına razılıq verəcək”.
“Prokurorluq orqanlarının əməkdaşlarının 70 %-ə yaxını gənclərdir”.

Bunu I Vitse-spiker Əli Hüseynli deyib.
O, bir neçə il öncə ölkə başçısının Korrupsiya ilə Mübarizə İdarəsinin inzibati binasının açılışında Azərbaycanın korrupsiyaya qarşı mübarizədə də ön planda olacağını dedyini xatırladıb:
“Kamran Əliyevin bu vəzifəyə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyətində də müsbət qarşılanıb. O, xaricdə təhsilini başa vurduqdan sonra vətənə qayıdıb və vətənə xidmət edib. Korrupsiya cinayətlərinə qarşı qətiyyətli mübarizəni təqdir edir. Bu illər ərzində Baş Prokurorluq və Milli Məclis, millət vəkilləri arasında əməkdaşlıq mövcud olub və ümid edirəm ki, bundan sonra da bu davam edəcək”.
“İlk olaraq bu vəzifəyə təyin olunmağımla bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və Milli Məclisə bu təqdimatı dəstəklədiyi üçün təşəkkür edirəm”.
Bunu isə Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən K. Əliyev deyib.
K. Əliyev bildirib ki, Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib:
“Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada qabaqcılı mövqelərdən birini tutub”.
O, əlavə edib ki, Prezident İlham Əliyevin qəti siyasəti nəticəsində koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər də öz nəticəsini verib, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunub.
K. Əliyev qeyd edib ki, Prezident İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə sabitlik təmin edilib:
“Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir. Bu yüksək kürsüdən müraciət edərək, Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Prokurorluq orqanları dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”.
“Kamran Əliyevi hamımız çox yaxşı tanıyırıq və o, kifayət qədər təcrübəli şəxsdir”.
Bunu deputat Vahid Əhmədov deyib.
Təklif edib ki, bu səbəbdən çıxışlar olmasın: “Çünki bu gün gündəliyə daxil olan məsələlərin sayı kifayət qədər çoxdur”.

Deputat Eldar İbrahimov öz növbəsində qeyd edib ki, işlədiyi dövrdə K. Əliyev özünü peşəkar və təcrübəli prokuror kimi göstərib:
“O işlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Eyni zamanda Azərbaycan cəmiyyətində də nüfuzlu prokuror kimi tanınıb.
Spiker S.Qafarova da əmin olduğunu bildirib ki, K. Əliyev Baş prokuror vəzifəsini layiqincə yerinə yetirəcək.
Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
11:24
***
İclasda hazırda Hesablama Palatasının illik hesabatı təqdim olunur.
Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.
V. Gülməmmədov bildirib ki, hesabat ilinin iş planı ilə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, 10700,1 min manat dövlət vəsaitinin müvafiq qaydada bərpası, o cümlədən 9205,6 min manat (bundan əlavə 4,2 min ABŞ dolları) məbləğində vəsaitin dövlət büdcəsinin hesabına bərpası təmin edilib.
V. Gülməmmədov deyib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43,0%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub. Bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.
Hesablama Palatasının sədri qeyd edib, 2019-cu ilin İş planına uyğun olaraq, məxfi qaydada keçirilmiş auditlər də daxil olmaqla 46 auditin nəticələri üzrə məlumatlar Milli Məclisə təqdim olunub. Hesabat ilində auditlərin 34-ü Bakı şəhərində, 11-i respublikanın ayrı-ayrı rayon və şəhərlərində, 1 isə xarici ölkədə yerləşən səfirlikdə aparılıb: “2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditin nəticələri icmallaşdırılıb. 2019-cu ildə Hesablama Palatasının auditorlar tərəfindən 561 sayda nöqsan müəyyən edilib. Bu hər bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illərlə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı 21,4% azalıb. Nəticədə, 2018-ci illə müqayisədə 1 tədbirə düşən nöqsan sayının azalması təqribən 3% təşkil edib. Əvvəlki illərdə olduğu kimi, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatla bağlı sahələrdə üstünlük təşkil edir”.
Hesablama Palatasının sədri bildirib ki, nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq mərkəzi icra hakimiyyəti orqanlarına edilmiş müraciətlər də hesabata daxil edilib. Hesabat ilində kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticəsi olaraq büdcə qanunvericiliyinin təkmilləşməsi istiqamətində də təkliflər hazırlanıb, müvafiq icra hakimiyyəti orqanlarına göndərilib:
“Hər bir təklif əsas məqsədi göstərməklə hesabata daxil edilib. Büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir.
Hesabat ilində səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırmışıq. Bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirmişik. İl ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək alış və xidmətlərin həyata keçirilməməsi, dövlət vəsaitlərinin istifadəsi zamanı dövlət alışları zamanı dövlət vəsaiti hesabına bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması və qismən nail olunması və s. aiddir”.
11:39
***
“Dövlət maliyyə nəzarəti orqanın fəaliyyətinin anlaşılan olması vətəndaşın inamını daha da artıran parametrlərdir”.
Bunu hesabatın müzakirəsi zamanı MM-in komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi palatanın elmi fəaliyyətinin güclənməsi deməkdir:
“2019-cu ildə ilk dəfə təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi mühüm addımdır. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi ümumilikdə hesabata müsbət rəy verib. Amma bizi narahat edən bəzi məqamlar da var. 2019-cu ildə audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz. Yoxlanılan təşkilatların informasiya sistemlərinə çıxışının az olması qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yaradan amillərdəndir. Uğurlu fəaliyyətin əsas kriteriyası yalnız cəza, vermək büdcəyə vəsait cəlb etmək deyil. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyini nəzərə almalıyıq”.
O, qeyd edib ki, hesabat həm də komitə qarşısında böyük çağırışlar yaradır:
“Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var – xüsusilə Büdcə Məcəlləsinin qəbul edilməsinə. “Satınalmalar haqqında” qanunun təkmilləşdirilməsinə də zəruri ehtiyac yaranıb”.
***
“Hesablama Palatasının vəzifəsi, sadəcə, nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil”.
Bunu hesabatın müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O, bildirib ki, hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxıb:
“Ancaq bu təklif və tövsiyələr illərlə təkrarlanır. Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Həmkarlarımın vurğuladığı kimi bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik”.

MM-in komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirib ki, Hesablama Palatasında irəli sürülən təkliflər hər il mahiyyət etibarı ilə eyni olur:
“Təklif edirəm ki, Hesablama Palatasının strukturuna hüquqşünaslar cəlb olunsun. Hesablama Palatası nəzarət apardığı bütün qurumlarda nöqsanlar aşkarlayıb. Deməli, biz sistemli şəkildə islahatlar aparmalıyıq. Qanunvericilik təkmilləşdirilməli, məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir. Hazırda korrupsiyaya qarşı mübarizə gücləndirilib. İcra başçıları həbs olunur. Ancaq bu tipli cinayətlərdə rüşvətverənlər məsuliyyətə cəlb edilmir. Onları ya rüşvət verməyə məcbur edilib adı altında cinayət məsuliyyətindən azad edirlər, ya da istintaq orqanı ilə könüllü əməkdaşlıq etdiyi üçün. Amma bu hallar onları məsuliyyətdən azad etməməlidir. Onlar fikirləşir ki, hansısa formada cinayət məsuliyyətindən yayına biləcək. Bunun qarşısı alınmalıdır. Bunun üçün də qanunvericilik təkmilləşdirilməlidir. Bunun üçün Milli Məclisin komitələrinin üzərinə böyük yük düşür”.
Millət vəkili isə Vüqar Bayramov bildirib ki, dövlət satınalmaları ilə bağlı çatışmazlıqların hesabatda qeyd olunması müsbət haldır:
“Nöqsanlar qeyd olunur, amma ümumi xarakter daşıyır. Onlarla bağlı konkret istinadlar yoxdur. Tenderlərin 3-də birində də məlumatlar ictimaiyyətə təqdim olunmur. Hansı qurumlar tərəfindən bunun edilməsinin ictimaiyyətə təqdim olunmasına ehtiyac var. Bu da çatışmazlıqdır. Bir mənbədən satınalma üsulundan hansı dövlət orqanlarının istifadə etdiyi də açıq şəkildə göstərilməlidir. Təklif edirəm ki, Hesablama Palatası post hesabat dövründə də gözləntilər ayrıca olaraq qeyd olunsun. Hesabatda qeyd olunub ki, ötən il problemli kreditlərlə bağlı ölkə başçısının sərəncamının icrası Hesablama Palatası tərəfindən audit olunub və müəyyən olunub ki, 15 min vətəndaşımız ona aid olan vəsaiti ala bilməyib. Təklif edirəm ki, onların niyə bunu ala bilməməsinə baxılsın…”.

Müzakirələrin yekununda Hesablama Palatasının illik hesabatı qəbul edilib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





