MM-in bugünkü iclası-HÖKUMƏTİN VİDEOHESABATI, ELMAN RÜSTƏMOVUN TƏSDİQLƏNMƏSİ – 65 YAŞDAN AŞAĞI OLAN DEPUTATLAR YENƏ İKİ METR ARALIDA ƏYLƏŞƏKLƏR…

Bu gün Milli Məclisin (MM) növbəti-beşinci iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, MM-in sədri, professor Sahibə Qafarovanın sədrlik edəcəyi iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda 4 qanun layihəsi, o cümlədən, hökumətin son bir illik hesabatı və baş bankir Elman Rüstəmovun yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiqlənməsi məsələsi müzakirə olunacaq.

Hökumət adından Baş nazir kimi, Əli Əsədov ilk dəfə hesabat verəcək.

Ancaq Ə. Əsədov iclasa qatılmayacaq.

O, ölkədə yaşanan koronavirus pandemiyasına və bundan irəli gələn xüsusi karantin rejiminə görə, öz otağından-Nazirlər Kabinetindən videohesabat verəcək.

Digər hökumət üzvləri isə, ümumiyyətlə, müzakirələrə, iclasa qatılmayacaqlar.

Eyni zamanda, 11:00-da başlayacaq iclasa 65 yaşından yuxarı olan 20-dən çox millət vəkili yenidən qatılmayacaq.

İclasa qatılan millət vəkilləri isə tibbi maskalardan və əlcəklərdən istifadə edəcəklər.

Həmçinin, millət vəkilləri növbəti dəfə bir-birindən iki metr aralı məsafədə əyləşəcəklər.

İclasın məlum səbəblərdən çox çəkməyəcəyi də istisna olunmur.

MM-in qarşıdakı iclaslarında isə növbəti hesabatlar-bələdiyyələr və Ombudsmanla bağlı illik hesabatlar dinləniləcək.

Həmin iclasların keçirilmə tarixi ilə bağlı qarşıdakı günlərdə qərar veriləcək.

Bələdiyyələrlə bağlı hesabatı Ədliyyə nazirinin müavini Vilayət Zahirov, Ombudsmanla bağlı hesabatı yeni Ombudsman Səbinə Əliyeva təqdim edəcək.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Budur əsl insanpərvərlik, budur əsl insansevərlik, budur əsl humanizm, budur əsl mərhəmət və rəhm!-ELDƏNİZ SƏLİMOV YAZDI

Read Next

Koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçdi-Aİ AZƏRBAYCANA 14 MİLYON AVRO AYIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir