MM-in iclası: SPİKER ƏRDOĞANIN SƏFƏRİNDƏN, FAZİL MUSTAFA BAKININ “MƏDƏNİYYƏTSİZLİK ŞƏHƏRİ”NƏ ÇEVRİLMƏSİNDƏN, AYDIN MİRZƏZADƏ YENİDƏN TƏHSİL KREDİTLƏRİNDƏN DANIŞDI – YENİLƏNİB – (4)

Bu gün Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

Gündəliyə daxil edilmiş məsələlər bunlardır:

1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

9. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:01

***

MM-in iclası başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

Spiker öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana tarixi səfərindən, MM-də iştirakı və çıxışından bəhs edib.

O, Ərdoğanı dünyanın böyük siyasi və dövlət xadimi adlandırıb.

Qeyd edib ki, Azərbaycanın gücü Türkiyənin gücü, Tükiyənin gücü Azərbaycanın gücüdür.

Həmçinin, bildirib ki, Azərbaycanla Türkiyə hər zaman bir yerdə olub, bundan sonra da bir yerdə olacaqlar.

Spiker eyni zamanda, Ərdoğanın MM-dəki çıxışını tarixi hadisə adlandırıb.

S. Qafarovanın sözlərinə görə, Türkiyə hər kəsə göstərdi ki, Azərbaycan haqq savaşında tək deyil:

“II Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Türkiyə Prezidenti Ərdoğanın işğaldan azad edilmiş Şuşanı ziyarət etməsi, orada Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması xalqlarımızın qardaşlığının növbəti nümayişidir. Şuşada imzalanan Bəyannamə bu münasibətləri daha da gücləndirib. Türkiyə Prezidentinin verdiyi ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə Azərbaycanın yanındadır, bütün dünya bilsin ki, sabah da yanında olacaq. Bizim xalqlarımızın könül birliyi illərin sınağından çıxıb və bu gün də inkişaf etməkdədir”.

11:04

***

MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa son illər Bakı şəhərinin inkişaf etdiyini, gözəlləşdiyini bildirib.

Eyni zamanda, bildirib ki, Bakı şəhəri həm də “mədəniyyətsizlik şəhəri”nə çevrilməkdədir.

Onun sözlərinə görə, dünən axşam Bakı şəhərində növbətri yanğın hadisəsi yaşandı və çox təəssüflər olsun ki, bu zaman yanğınsöndürənlərin hərəkət etməsinə çoxlu çətinliklər yarandı.

“Bakının gözəlliyi, şəhər mədəniyəti təkcə gözəl binalarla, binların fasadları ilə ölçülmür, həm də hərəkətin, gediş-gəlişin təmin olunması ilə ölçülür. Ancaq çox təəssüflər olsun ki, bu məsələdə böyük mədəniyyətsizlik var və bu mədəniyyətsizliyin aradan qaldırılması barədə düşünülməlidir”-deyə, o, əlavə edib.

11:14

***

Millət vəkili Aydın Mirzəzadə növbəti dəfə təhsil kreditləri məsələsini qaldırıb.

Bildirib ki, bu istiqamətdə addımların atılması, maliyyə vəsaitinin ayrılması çox müsbət və təqdirəlayiq haldır.

“Amma bununla belə, hesab edirəm ki, təhsil kreditləri heç də yüksək bal toplayanlara deyil, ilk növbədə və əsasən maddi imkanı çox aşağı olan tələbələrə verilməlidir. Bu, daha ədalətli olardı”-deyə, millət vəkili əlavə edib.

11:22

***

MM-in Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev türkiyəli jurnalist Fulya Öztürk haqqında film çəkilməsinə tənqid yanaşanlara münasibət bildirib.

E. Musayev parlamentdə çıxışında bildirib ki, F. Öztürkün buna layiq olub-olmadığı soruşulur:

“O bunu təpədən dırnağa qədər haqq edir. Bu kino ona anasının südü kimi halaldır. Çünki o lazım olan anda Azərbaycan həqiqətlərini dünyaya çatdırıb Gəncə terrorunu, uşaqların ölümünü dünyaya çatdırıb. Minalanmış ərazilərdə çəkiliş edib. Fulya Öztürk peşəkar jurnalist kimi dəyərlidən də dəyərlidir, qeyrətlidən də qeyrətlidir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Toylara icazə verildi-İYULUN 1-DƏN… – RƏSMİ

Read Next

“Erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə 3-cü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir