MM-in iclası-SPİKER 15 İYUNDAN DANIŞDI, CEYHUN MƏMMƏDOV DÜNYANI ERMƏNİ KEŞİŞİNİN QARABAĞA QANUNSUZ SƏFƏRİNİ PİSLƏMƏYƏ, TAHİR RZAYEV “RADİKAL MÜXALİFƏT”İ KEÇMİŞLƏRİNİ UNUTMAMAĞA ÇAĞIRDI, VAHİD ƏHMƏDOV HÖKUMƏTƏ SƏSLƏNDİ – YENİLƏNİB – (4)

Bu gün, 11 may tarixində Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1.“Hərbi qulluqçuların statusu haqqında”, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).).

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:01

***

MM-in iclası işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

Spiker cari məsələlərin müzakirəsinə keçməzdən öncə 15 iyun tarixindən, mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından danışıb.

Bildirib ki, o zaman Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan parçalanmaq, məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, müstəqil inkişaf yolunda yeni mərhələyə qədəm qoydu.

Spikerin sözlərinə görə, mərhum dövlət başçısının siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Spiker sonra 15 iyun Milli Qurtuluş Günü ilə bağlı millət vəkillərini və Azərbaycan xalqını təbrik edib.

Spikerin çıxışı və təbriki alqışlarla qarşılanıb.

11:09

***

“Bütün dinlər insanları sülhə, birgəyaşayışa çağırır, amma Erməni kilsəsi bunu etmir. Ermənistandan fərqli olaraq Azərbaycanda müxtəlif dinləri təbliğ edən kilsələr, sinaqoqlar fəaliyyət göstərir”.

Bunu cari məsələlərin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir:

“Bir din xadiminin Azərbaycan xalqının qətlə yetirilməsinə sevinməsi və bunu davamlı olaraq təbliğ etməsi pislənməlidir. Biz son hadisələrə beynəlxalq dini təşkilatlardan da gözləyirik ki, erməni din xadiminin səfərini pisləsinlər. Bu kimi addımlar pislənmədiyi təqdirdə, qarşısı alınmadığı təqdirdə erməni tərəfi yeni revanşist addımlarla çıxış edirlər”.

11:20

***

MM-in Aqrar siyasət komitəsinin sədri Tahir Razyev radikal adlandırılan müxalifətin fəaliyyətindən narazılığını bildirib və onlara qarşı ittihamlarını səsləndirib.

Qeyd edib ki, radikal müxalifətin Azərbaycan əleyhinə fəaliyyəti son zamanlar yenidən güclənib ki, bu da qəbuledilməz və yolverilməzdir.

Komitə sədri çıxışında radikal müxalifət liderlərini keçmişlərini, hakimiyyətləri dövründə Azərbaycanı hansı uçuruma yuvarlatdıqlarını unutmamağa çağırıb.

11:26

***

Millət vəkili Vahid Əhmədov öz növbəsində bu il Azərbaycanın müstəqilliyinin 30 ilinin tamam olması münasibətilə hökumətin müəyyən tədbirlər görməsini təklif edib.

Deputat parlamentin bu gün keçirilən çıxışında deyib ki, 2021- ci ilin oktyabrın 18-də müstəqilliklə bağlı Konstitusiya aktının qəbul edilməsinin 30 il tamam olur:

“Biz bu zalda Azərbaycanın müstəqilliyini elan etmişik. 1918- ci ildə Cümhuriyyətimiz 23 ay yaşayıbsa, ancaq indiki Azərbaycan artıq 30 ildir ki müstəqil dövlətdir. Təklif edirəm ki, 30 illiklə bağlı Azərbaycan dövləti, hökuməti müxtəlif tədbirlər hıyata keçirsin. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü də bərpa edib”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı-MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI

Read Next

“Mümkündürsə, ilin sonuna qədər tələbələrə təhsil haqqının ödənilməsi möhləti verilsin”-NAQİF HƏMZƏYEVDƏN ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir