Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası-ALİ MƏHKƏMƏ VƏ BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMLƏRİ İLƏ BAĞLI MƏSƏLƏYƏ BAXILDI- OMBUDSMANLIĞA SABİQ NAMİZƏD DƏ ALİ MƏHKƏMƏNİN HAKİMİ OLACAQ- YENİLƏNİB – (2)

Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasa adıçəkilən komitənin rəhbəri, Birinci vitse-spiker Əli Hüseynli sədrlik edəcək.

İclas saat 13:00-da öz işinə başlayacaq.

İclasda “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” məsələ müzakirə olunacaq.

Yəni, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsinə baxılacaq.

İclasda həmçinin, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunacaq.

Belə ki, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayevAkif İsgəndərovƏli SeyfəliyevQürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılacaq.  

Bu yerdə qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini, Ombudsmanlığa sabiq namizəd Kəmalə Abıyeva və Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzovun vəzifələrindən çıxarılması Ali Məhkəmənin hakimləri təyin ediləcəyi gözlənilir.

Bundan əlavə, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə ediləcək. 

10:49

***

İclasın müzakirəsinə çıxarılan məsələlərin MM-in növbəti plenar iclasına tövsiyə gözlənilir.

MM-in növbəti-9-cu plenar iclası isə mayın 5-də keçiriləcək və həmin iclasın gündəliyinə də 11 məsələ, o cümlədən, adıçəkilən məsələlər daxil edilib.

12:02

***

Hazırda komitənin iclası öz işinə başlayıb.

13:05

***

Komitə iclasında iki saata yaxın çəkən müzakirələr başa çatıb.

Müzakirə olunan məsələlər sonda MM-in plenar iclasına tövsiyə olunub.

Bir daha qeyd edək ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyevanın, Zaur Əliyevin, Vüqar Həsənovun, Abidin Hüseynovun, İsmayıl Xəlilovun, Elşad Şamayevin, Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilir.

“Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihədə Ali Məhkəmənin hakimləri Vəfaddin İbayevin, Akif İsgəndərovun, Əli Seyfəliyevin, Qürbət Əsgərovun vəzifələrinin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri , həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklifi əksini tapıb.

“Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” layihədə isə Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması təklif olunur.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov da iştirak edib.

Etikxeber.az

Read Previous

MM-in Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi-SOSİAL SIĞORTA VƏ TURİZMLƏ BAĞLI QANUN LAYİHƏLƏRİ PLENARA TÖVSİYƏ OLUNDU – YENİLƏNİB

Read Next

Daha 40 nəfərdə yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir