MM-in iclası: DEPUTATLAR ZİYAD SƏMƏDZADƏNİ ALQIŞLADI, MİLLƏT VƏKİLLƏRİ BİRBAŞA MÜZAKİRƏLƏRƏ KEÇDİ, PARLAMENTİN NÖVBƏTİ İCLASININ VAXTI AÇIQLANDI…- YENİLƏNİB – (4)

 Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 16 məsələ daxil olunub.

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

Deputatlar yenə biri-birindən iki metr aralıda əyləşib, tibbi maskalar və əlcəklərdən istifadə ediblər.

11:01

***

İclası açan spiker ilk öncə millət vəkili, akademik Ziyad Səmədzadəni həm 80 illik yubileyi, həm də dövlət başçısı tərəfindən birinci dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif olunması ilə bağlı təbrik edib.

Qeyd edib ki, Z. Səmədzadəyə verilən qiymət elə MM-ə verilən dəyərdir.

Deputatlar spikerin fikirlərini və təbrikini alqışlarla qarşılayıblar

11:04

***

Z. Səmədzadə də öz növbəsində həm MM-ə, həm spiker S. Qafarovaya, həm də dövlət başçısı İlham Əliyevə öz minnətdarlığını ifadə edib.

Bildirib ki, bu, onun kiçik əməyinə verilən yüksək dəyərdir və bundan sonra da Azərbaycanın, iqtisad elminin inkişafı üçün var gücü ilə çalışacaq

11:09

***

Sonra spiker epidemioloji vəziyyəti nəzərə alaraq, birbaşa gündəliyə keçməyi təklif edib.

Təklif qəbul edilib.

Millət vəkilləri birbaşa gündəlikdəki məsələlərin müzakirəsinə keçib.

11:15

***

Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulacaq dövlət rüsumunun məbləğləri məlub olub.

Nu, MM-in iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:

– ambulator xidmət göstərən tibb müəssisələri – 2000 manat

– stasionar xidmət göstərən tibb müəssisələri – 4000 manat.

Eyni zamanda qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilir.

Belə ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli 1628-VQD nömrəli qanunu ilə tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulub. Tibb müəssisələrinin akkreditasiyasını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyi həyata keçirəcək.

Qanunda tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması nəzərdə tutulub.

Həmin qanuna uyğun olaraq “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik layihəsi hazırlanıb. Qanun layihəsi ambulator xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləğini ərazi (regional) prinsipinə görə, stasionar xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasına görə tutulan dövlət rüsumunun məbləğini isə çarpayı sayına görə diferansiallaşdırır.

Tibb müəssisələrinin akkreditasiyasının məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyetli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 

11:35

***

Eyni zamanda, MM-in növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.

S. Qafarova bildirib ki, parlamentin növbəti plenar iclası iyunun 29-da keçiriləcək.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Deputatlar bu gün də-TOPLAŞACAQLAR-16 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏKLƏR…

Read Next

Bu hərbçilərə ali hərbi rütbələr, orden və medallar verildi-SƏRƏNCAMLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir