Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.
Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyində 16 məsələ var:
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
3. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
6. “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “”Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
7. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
9. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
10. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
11.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
16. “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli qanunlarının qüvvədə olma müddətinin bir il uzadılır.
Xatırladaq ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Ölkəmiz, həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.
Bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli qanunlarının qüvvədə olma müddətinin bir il (2021-ci il avqustun 1-dək) uzadılması nəzərdə tutulur.
Həmin qanunlarla Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə – gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.
Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılacaq.
Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Məcəllənin hazırki variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manatməbləğində cərimə edilir.
Onu da qeyd edək ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

10:59
***
İclas cari məsələlərin müzakirəsi ilə başlayıb və davam edir.
“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiya sənədi UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib”.
Bunu MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul edilməsi Birinci Vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir:
“Ali Baş Komandanımızın bu gün istər diplomatiya masasında, istərsə də cəbhədə əldə etdiyi qələbələrdə Mehriban xanımın da mədəniyyət sahəsində əldə etdiyi qələbələrin rolu danılmazdır. Biz bu istiqamətdə də işləri davam etdirməliyik. Çünki bizim düşmənimiz təkcə torpaqlarımıza deyil, mədəni irsimizə də göz dikib”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Qulyev bildirib ki, ölkədə koronavirusa qarşı var gücü ilə mübarizə aparılır.
Onun sözlərinə görə, 46 klinika məhz koronavirus daşıyıcısı olan xəstələr üçün ayrılıb.
O, qeyd edib ki, koronavirusa qarşı mübarizə həm də ölkənin milli təhlükəsizlik məsələdir, ona görə burada dövlət-özəl ayrımçılığı olmamalıdır.
“Təbii ki, özəl sektoru məcbur etmək olmaz ki, sən də bu işi gör. Ancaq burada dövlətlə yanaşı özəl sektor da öz sözünü deməlidir. Sahibkarlara geniş imkanlar yaradılmalıdır. Ümumiyyətlə, hər kəs əlini daşın altına qoymalıdır. Heç kim bu məsələdə yaxasını kənara çəkməməlidir. Bu, hamımızın məsələsidir”-deyə, komitə sədri sözlərinə əlavə edib.
Komitə sədri həmçinin təklif edib ki, ekspress testlər ölkəyə gətirilib, satılsın:
“Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.
M. Quliyev qeyd edib ki, 600 min nəfərə qədər insana yenidən 190 manat veriləcək:
“Bu siyahıya yenidən baxılmalıdır”.

11:09
***

MM-in Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də pandemiya məsələsinə toxunaraq bildirib ki, bu məsələdə daha çox deputatlar nümunə olmalıdırlar:
“Bizim deputatlardan da, MM Aparatının əməkdaşlarından da koronavirusa yoluxanlar olmuşdu, var. Ölkədəki vəziyyət də ortadadır, hər gün artım yaşanır. Biz də bir tərəfdən özümüz deyirik ki, çıxmayın, etməyin, evə qapanın, digər tərəfdən 30 dəqiqəlik cari məsələlərə vaxt ayırırıq…Bu, düzgün deyil. Deputatlarımızın da çoxu belə fikirdədir ki, indiki dövrdə 30 dəqiqilik müzakirələrə ehtiyac yoxdur. Ona görə də yaxşı olardı ki, cari məsələlərə keçilməzdən əvvəl bu məsələ səsverməyə çıxarılsın. Eyni zamanda, mövcud durumla bağlı 30 dəqiqəlik vaxt ləğv edilsin”-deyə, T. Rzayev sonra bildirib.
S. Qafarova isə deyib ki, biz bu məsələni dünən komitə sədrlərinin iclasında müzakirə edilib:
“Hər zaman səsə qoyurduq. Bundan sonra da səsə qoyulacaq”.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az