MM-in iclası bir gün keçiriləcək-ƏLİ ƏSƏDOV OTAĞINDAN VİDEOHESABAT VERƏCƏK, ELMAN RÜSTƏMOV TƏSDİQLƏNƏCƏK, DEPUTATLAR HAMILIQLA MASKALAR VƏ ƏLCƏKLƏRDƏ İCLASA QATILACAQLAR…-ÖZƏL – YENİLƏNİB

Milli Məclisin (MM) sabahkı iclası bir növ onlayn qaydada keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda MM-in komitə sədrlərindən biri məlumat verib.

O, qeyd edib ki, əvvəla, hökumətin hesabatı ilə bağlı MM-in iclasının iki gün keçiriləcəyi barədə deyilənlər düzgün deyil.

“İndiki dövrdə iki gün iclas keçirilə bilməz. Eyni zamanda, iclas bir gün olacaq və uzun-uzadı müzakirələrə də ehtiyac olmayacaq. Baş nazir Əli Əsədov öz otağından-kabinetindən onlayn qayda-videokonfrans vasitəsi ilə parlamentə hesabat verəcək. Digər hökumət üzvləri isə, ümumiyyətlə, müzakirələrdə iştirak etməyəcəklər. 65 yaşdan yuxarı olan deputatlar da məlum səbəblərdən iclasa qatılmayacaqlar. 65 yaşdan aşağı olanlar da tibbi maskalarla və əllərində əlcəklərlə iclasa qatılacaqlar. Vəziyyəti nəzərə almaq lazımdır. Biz də vəziyyətə uyğun addım atırıq…”-deyə, o, əlavə edib.

13:48

***

15:32

“Milli Məclisin sabah keçiriləcək iclasında Baş zazirin videohesabatı dinləniləcək”.

Bunu isə MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O, bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Ə. Əsədov videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək.

Bir daha qeyd edək ki, MM-in növbəti plenar iclası onlayn qaydada keçirilməsə də, Ə. Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabatı onlayn qaydada təqdim edəcək.

Bundan başqa, gündəliyə Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də salınıb.

A. Təvəkküloğlu 65 yaşdan yuxarı deputatlarin iclasa qatılması barədə də sualı cavablandırib:

“Yaşı 65 və ondan yuxarı olan deputatlara isə xahiş olunacaq ki, karantin rejiminin qaydalarına əməl etsinlər”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Çox istərdik və arzu edərdik ki, yoluxma və ölüm halları da olmasın…”-KAMİLƏ ƏLİYEVADAN ETİRAZ

Read Next

“Bu problem deputatın səlahiyyəti xaricindədir, nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir