MM-in iclası oktyabrın 20-da olacaq-MUSTAFA ŞENTOP İCLASA QATILACAQ, ÇIXIŞ EDƏCƏK…

Milli Məclisin (MM) payız sessiyasının növbəti iclası oktyabr ayının 20-də keçiriləcək. 

Bu barədə Etikxeber.az-a MM-in ictimaiyyət və mətbuatla əlaqələr şöbəsindən məlumat verilib. 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 

1. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri cənab Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Qeyd edək ki, TBMM-in başqanı M. Şentop Azərbaycana səfər edəcək.

Etikxeber.az

Read Previous

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib”-İLHAM ƏLİYEV

Read Next

“Yaşadığımız bu tarixi günlərdə ikinci koronavirus cəbhəsi yaranmasına imkan verməməliyik!”-FATMA YILDIRIM ÇAĞIRIŞ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir