MM-in İnsan hüquqları komitəsi-SƏFİYAR MUSAYEV, SİRUS TƏBRİZLİ, RƏBİYYƏT ASLANOVA, BAHAR MURADOVA VƏ ZAHİD ORUC…

Xəbər verildiyi kimi, dünən 6-cı çağırış Milli Məclisin (MM) ilk iclası keçirilib və iclada parlamentin rəhbərliyi-sədarəti, komitələrin sədr və sədr müavinləri seçilib.

Yeni komitə sədrləri arasında 5-ci dəfə millət vəkili seçilən Zahid Oruc da var.

Uzun illər MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan Z. Oruc bu dəfə parlamentin İnsan hüquqları komitəsinin sədri seçilib.

3-cü dəfə millət vəkili seçilən “İstiqlal”çı deputat Tahir Kərimli isə komitə sədrinin müavini olub.

Bəs görəsən, indiyə, yəni, 6-cı çağırışa kimi, İnsan hüquqları komitəsinə kimlər rəhbərlik edib, kimlər sədr və sədr müavinləri olub?

Etikxeber.az-ın araşdırmasına əsasən məlum olub ki, birinci çağırış MM-in İnsan hüquqları komitəsinin (ilk vaxtlar daimi komissiya adlanırdı) ilk sədri tanınmış ziyalı və siyasətçi, professor, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıçılarından olan partiyanın Siyasi Şurasının sabiq üzvü mərhum Səfiyar Musayev olub.

Lakin BDU-nun professoru olan S. Musayevin sədrliyi uzun çəkməyib.

Ağır xəstəlikdən sonra, 1999-cu ildə dünyasını dəyişən S. Musayevi bu vəzifədə onun müavini-YAP Siyasi Şurası və İdarə Heyətinin üzvü Kərim Kərimov əvəzləyib.

İkinci çağırış (2000-2005) MM-də adıçəkilən komitənin (komissiyanın) sədri yenə tanınmış ziyalı və siyasətçi, YAP-ın qurucularından və sədr müavinlərindən olan mərhum Sirus Təbrizli olub.

Həmin vaxt komitənin sədr müavini ilk dəfə deputat olan tanınmış ziyalı-professor, BDU-nun kafedra müdiri Rəbiyyət Aslanova seçilib.

R. Aslanova sonra 3-cü çağırışda-2005-ci ildə MM-in İnsan hüquqları komitəsinin sədri seçilib.

Komitə sədrinin müavini isə mərhum YAP-çı deputat və yəhudi əsilli Yevda Abramov seçilib.

R.Aslanovaya 4-cü çağırışda (2005-2010) da etimad göstərilib və R. Aslanova növbəti 5 il müddətinə İnsan hüquqları komitəsinə uğurla rəhbərlik edib.

Müavini yenə Y. Abramov olub.

5-ci çağırış MM-də isə sözügedən komitəyə vitse-spiker, YAP Siyasi Şurası və İdarə Heyətinin üzvü Bahar Muradova rəhbərlik edib.

Onun da fəaliyyət dövrü uğurlu olub.

Bu dəfə də müavin Y. Abramov olub, ancaq xəstəliyi və dünyasını dəyişməsi ilə əlaqədar müddətini axıracan başa vura bilməyib.

6-cı çağırış MM-in ilk iclasında isə qeyd olunduğu kimi, millət vəkili Z. Oruc İnsan hüquqları komitəsinin sədri seçilib…

Etikxeber.az

Read Previous

“Bütün bilik və bacarığımı sərf edəcəyəm ki…” – SAHİBƏ QAFAROVA

Read Next

Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri-SAHİBƏ QAFAROVANI, BAHAR MURADOVANI, GÖVHƏR BAXŞƏLİYEVANI KİMLƏR ƏVƏZLƏYƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir