MM-in komitə sədri bu dəfə Şəhid Nurlan Vəliyevdən-YAZDI…

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Nurlan Vəliyevin atası Habil Baloğlan oğlu Vəliyevlə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri şəhidin döyüş yolu və ailəsinin qayğıları ilə maraqlanıb.

Şəhid atası ilə ürək sözlərini bölüşən komitə sədri, ona işğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürünü bildirb:

“Tarixi zəfərə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Sizin oğlunuz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. Şəhid Nurlanın ruhu qarşısında dərin ehtiramla baş əyirik! Oğlunuz Nurlan Murov istiqamətindəki strateji yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olub. Nurlan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

Şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim olunub.

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov Türkiyəyə-BAŞSAĞLIĞI VERDİ…

Read Next

MM-in Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupundan-SENATORLARA KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir