Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzinin dəyişməsi gənclərlə bağlı qanunvericilikdə də dəyişikliklərə səbəb olacaq”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
O,bu il “Gənclər siyasəti haqqında” qanuna ciddi dəyişikliklərin olacağını söyləyib:“Qanunvericilikdə gənclərin yaş senzi ilə bağlı məsələlər dəyişməlidir. “Gənclər siyasəti haqqında” qanuna bu il köklü dəyişikliklər ediləcək. Bu, zamanın tələbidir. Dəyişikliklər böyük paketi əhatə edəcək. Sözügedən məsələlər Milli Məclisin payız sessiyasında öz həllini tapacaq”.Hazırda “Gənclər siyasəti haqqında” qanuna əsasən, Azərbaycanda 18-29 yaşlı vətəndaşlar gənc sayılır ki, Konstitusiyaya dəyişikliklərlə əlaqədar gənclərin yaş senzi də dəyişəcək.
Etikxeber.az