MM-in komitə sədri millət vəkillərini, özəl şirkətləri, dövlət qurumlarını-“MƏŞĞULLUQ MARAFONU”NA QOŞULAMAĞA ÇAĞIRDI…

Məşğulluq marafonu dünəndən başlayıb. Burada məqsəd 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir.

“Bu müəssisələrdən hər biri ən azı 2-3 şəhid ailəsi üzvlərini və qaziləri işə götürərsə, biz bu missiyanı tamamlaya bilərik. Mən Azərbaycandakı nazirliklərə, dövlət şirkətlərinə, dövlət komitələrinə müraciət edirəm. Mən Azərbaycandakı sahibkarlara, Azərbaycan-Amerika ticarət palatasına, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, özəl şirkətlərə müraciət edirəm. Mən millət vəkillərinə müraciət edirəm. Biz bu missiyanı həyata keçirsək, dünyaya da bəyan edəcəyik ki, Azərbaycan dövləti, vətəndaşı şəhidinin, qazisinin yanındadır. Hamını bu marafona qoşulmağa dəvət edirəm”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mümkündürsə, ilin sonuna qədər tələbələrə təhsil haqqının ödənilməsi möhləti verilsin”-NAQİF HƏMZƏYEVDƏN ÖNƏMLİ TƏKLİF

Read Next

“Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik dalğası baş qaldırıb ki…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir