MM-in komitə sədri Səhid anası Gülgəz Mikayılovaya Qarabağ motivli-XATİRƏ HƏDİYYƏSİ BAĞIŞLADI… – FOTO

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan bayrağı” ordenli şəhid zabit Ramiq Mikayılovun anası Gülgəz Mikayılova ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, MM-də vətəndaş qəbulu günündə baş tutan görüşdə, şəhid ailəsinin qayğıları, ananın ürək sözləri dinlənilib.

Q.Paşayeva Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən millət vəkilləri, məmurlar üçün örnək olduğunu vurğulayıb.

Eyni zamanda, şəhid anaları ilə hər görüşün onun üçün əziz görüş olduğunu deyib, şəhid zabitin əziz ruhuna dərin ehtiramını bildirib.

Q.Paşayeva şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Görüşdə Etikxeber.az saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Ramiq Namiq oğlu Mikayılov (25.01.1993, Ovçulu, Şamaxı – 30.09.2020, Xocavənd rayonu) 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə C.Naxçı­vanski adına Hərbi Liseydə təhsil alıb.

O, ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universiteti tabeliyində olan H.Əliyev adına Hərbi İnstitutda) alıb.

Şəhid zabitimiz ailəli idi, bir oğlu yadigar qalıb.

2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən Ramiq Mikayılov, Vətən müharibəsi zamanı döyüşlərdə fədakarlıqla iştirak edib, Xocavənd döyüşləri zamanı şəhid olub.

Şəhid baş leytenant doğma kəndində torpağa tapşırılıb.

15.07.2014-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, 26.06.2018-ci ildə isə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunmuş Ramiq Mikayılov, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şəhid zabit həmçinin “Vətən uğrunda” (15.12.2020), “Xo­cavəndin azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif olunub.

Ruhu şad olsun!

Etikxeber.az

Read Previous

Daha 29 yeni-YOLUXMA…

Read Next

“İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir