MM-in komitə sədrinin müavini Zərdabın daha 3 kəndində səyyar qəbul keçirdi-SEÇİCİLƏRİNİ DİNLƏDİ VƏ… – FOTOLAR – YENİLƏNİB

Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva seçicilərlə növbəti görüşünü davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, hər zaman seçicisinin yanında xanım millət vəkili bu dəfə Zərdabın Bıçaqçı kəndində səyyar qəbul keçirib.

Qəbul çox səmimi, məmnunluq şəraitində keçib. Qəbula yazılan kənd camaatı rayonda və kənddə gedən quruculuq və abadlıq işlərindən razılıq ifadə edərək, seçicilərinin problemlərini mütəmadi olaraq ali tribunadan dilə gətirdiyinə və bir çoxunun həllinə nail olduğuna görə deputata minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlar Şanlı Qələbəmizə imza atan ölkə rəhbəri, Ali Baş komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırmasını, eyni zamanda onları narahat edən məhəlli və fərdi xarakterli problemlərinin həllində yardımçı olmasını millət vəkili Jalə Əliyevadan xahiş ediblər.

Qəbulda Bıçaqçı kənd İcra nümayəndəsi Yədulla Yusifov və Bələdiyyə sədri Zahim Zayidli iştirak ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bir çoxuna qəbul sırasında kənd rəsmiləri tərəfindən açıqlıq gətirilib.

Jalə Əliyeva digər məsələlərin həlli üçün rayon və respublika səviyyəli əlaqədar qurumlara müraciət edəcəyini seçicilərinə bildirib.

***

Millət vəkili səfəri çərçivəsində rayonun Əlvənd Otmanoba kəndlərinin sakinləri ilə də səyyar qəbul keçirib.

Qəbulda ağsaqqallar, ziyalılar, fərdi təsərrüfatçılar, müəllimlər və s. iştirak etmişdir. Qəbul sırasında kənd ağsaqqalları Jalə Əliyevaya kənd sakinləri ilə görüşə gələrək, onların problemləriylə yaxından maraqlandığına görə təşəkkürlərini bildiriblər. Qəbulda 32 illik ağrımız olan Dağlıq Qarabağ münaqişəsi, 44 günlük əzmli müharibəmiz, beynəlxalq münasibətlər kontekstində Azərbaycan həqiqətləri geniş müzakirə edilib.

Görüş iştirakçıları qələbəmizin ən böyük təminatçısı olan ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını, böyük sevgi və ehtiramlarını ifadə ediblər. Kənd sakinləri inşa edilməkdə olan Əlvənd-Otmanoba yolunun onlara böyük sevinc bəxş etdiyini bildiriblər. Sakinlər eyni zamanda həmin yolun Bakı magistralına birləşdirilməsinin vacibliyini deputatın nəzərinə çatdırıblar və bu məsələnin həllində köməklik göstərçəsini xahiş ediblər.

Qəbula gələn fərdi təsərrüfatçılar əkib becərdikləri pambığın alqı-satqı balansında tarazlığın olmamasından şikayət ediblər.

Belə ki, pambığı əkib becərmək üçün lazımlı olan toxum, gübrə, texniki avadanlıq və s. kimi təchizat məhsullarını ötən illərə nəzərən daha yüksək qiymətlə aldıqlarını, istehsal etdikləri pambığı isə əvvəlki qiymətlə təhvil verdiklərini bildiriblər və bu məsələni əlaqədar qurumların diqqətinə çatdırmasını Jalə Əliyevadan xahiş ediblər.

Qəbulda Əlvənd kənd İcra nümayəndəsi Adəm Rəhimli, Bələdiyyə sədri Qnyaz Mirəliyev, Otmanoba kənd İcra nümayəndəsi Rəşad Zülfuqarov, Bələdiyyə sədri Sahib Səmədzadə iştirak ediblər.

Deputat kənd sakinlərinə sağlam dövlətçilik mövqeləri, vətənpərvərlikləri üçün təşəkkür edib.

Etikxeber.az

Read Previous

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi-MƏSLƏHƏTLƏŞMƏLƏR…

Read Next

Əliyev Hersoqa təbrik məktubu-ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir