MM-in komitə sədrinin müavininin ərzaq təhlükəsizliyindən bəhs edən kitabının təqdimatı olacaq – ROMADA

Noyabrın 11-də İtaliyanın paytaxtı Romada Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının təqdimatı keçiriləcək.

Etikxeber.az xəbər verir ki, tədbirdə Vatikanın Bonifasiana Akademiyasının nümayəndələri tərəfindən professor Eldar Quliyevə bu akademiyanın həqiqi üzvü (akademik) diplomu təqdim ediləcək. Həmçinin BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) nümayəndəsi Azərbaycan Kooperasiya Universitetinin rektoruna “İlin kitabı” beynəlxalq mükafatını təqdim edəcək.

Xatırladaq ki, Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı bu yaxınlarda BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb.

Kitab Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr edilib.

Etikxeber.az

Read Previous

Əliyev Ukrayna baş nazirinin birinci müavinini qəbul etdi – YENİLƏNİB

Read Next

Maliyyə əməliyyatları barədə məlumatlar xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim ediləcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir