MM-in sessiyası-SPİKER PAKİSTAN SƏFƏRİNDƏN DANIŞDI, SUSUZLUQ FACİƏSİ İLƏ BAĞLI ŞƏHİDLƏRİN AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERDİ, JALƏ ƏLİYEVA QANLI OLAYDA BEYNƏLXALQ İCTİMAİYYƏTİ GÜNAHLANDIRDI, FƏZAİL AĞAMALI XİN-Ə SƏSLƏNDİ, HƏMSƏDRLƏR FORMATININ LƏĞVİ MƏSƏLƏSİNİ QALDIRDI – YENİLƏNİB – (5) – FOTOLAR

Bu gün Milli Məclisin (MM) növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 12 məsələ daxildir və həmin məsələlər bunlardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:42

***

MM-in növbədənkənar sessiyası-iclası öz işinə başlayıb.

Sessiya Dövlət himninin oxunması və səslənməsi ilə öz işinə start verib.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

Spiker S. Qafarova gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən öncə Pakistan İslam Respublikasına səfərindən, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assalmbleyasının (İƏT PA) son toplantısından danışıb.

Bildirib ki, toplantıda ilk əvvəl parlament sədrləri çıxış edib.

Eyni zamanda, özü də çıxış edərək, dünyada və Azərbaycanda baş verən proseslərlə bağlı mövqeyini açıqlayıb, 30 ildən çox davam edən Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulduğunu, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanıldığını diqqətə çatdırıb.

Sədr həmçinin qeyd edib ki, Azərbaycan-Pakistan münasibətlərində son 30 ildə Pakistanın Ermənistanı dövlət kimi tanımaması xüsusi yer tutub:

“44 günlük Vətən müharibəsi dövründə də Pakistan Azərbaycanın haqq işinə öz dəstəyini göstərib. Həm Pakistan dövlətinin başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri Azərbaycanın bundan sonra da suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini bildirdi. Görüşlərdə bildirdim ki, torpaqlarımız işğaldan azad olunandan sonra Ermənistan Qarabağda bərpa- quruculuq işlərinə mane olur, ərazilərimizə keçir, minalar basdırır. Xahiş etdim ki, Ermənistanın bu əməllərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət ünvanlasınlar”.

11:08

***

Çıxışı zamanı spiker Kəlbəcər rayonunun Susuzluq kəndində baş verən qanlı olay zamanı 3 nəfərin həlak olması ilə bağlı kədərləndiyini bildirib, Şəhid olan şəxslərin ailələrinə başsağlığı verib.

Qeyd edib ki, Pakistan səfəri zamanı da bu qanlı olaya öz kəskin münasibətini ifadə edib.

11:17

***

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva da çıxışında Susuzluq faciəsindən bəhs edib, bildirib ki, bu qanlı olay bir daha ermənilərin və Ermənistanın iç üzünü açdı, ifşa etdi.

Millət vəkili həmçinin bildirib ki, bu qanlı olata görə, tək ermənilər və Ermənistan günahkar deyil, buna görə, həm də Ermənistana, ermənilərə züy tutanlar-Şimalından tutmuş Cənubunacan, Şərqindən tutmuş Qərbinəcən hər kəs günahkardır. Onların üzərində də bu tökülən qanların izi, ləkəsi var.

“Çünki İkinci Vətən Müharibəsinin başa çatmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ermənilər və Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir, vermək istəmir, min cür fırıldaq işlədib, bundan boyun qaçırırlar.Və onlara dəstək olanlar, qahmar çıxanlar da-elə Qərbdəkilər də, elə ATƏT-dəkilər də, elə həmsədrlik institutunda əyləşənlər də onlara gözün üstə qaşın var demir, erməniləri və Ermənistanı öz öhdəliklərinə sadiq qalmağa və yerinə yetirməyə məcbur və vadar etmirlər. Yenə də oyun oynayırlar, yenə də “bulanıq suda balıq sevdası”ndadırlar. Onlar ədalət, həqiqət, sülh, təhlükəsizlik tərəfdarı olsaydılar, çoxdan erməniləri və Ermənistanı buna məcbur, vadar edərdilər…”-deyən millət vəkilinin sözlərinə görə, ermənilər və Ermənistan Susuzluq qanlı olayı ilə bağlı bir daha öz çirkin, murdar iç üzünü açmış, ifşa etmiş oldu. Bir daha göstərmiş, nümayiş etdirmiş oldular ki, canidirlər, çinayətkardırlar və canları yenə “Dəmir Yumriq” istəyir.

“Bəli, “Dəmir Yumruq” yenə yerində, yenə də öz əzəmtindədir və hər an işə düşə və ermənilərin, Ermənistanın, onların qanlı dəstəkçilərinin başına endirilə bilər.Əgər bunu istəmirlərsə, o zaman minalanmış ərazilərin xəritələrini təcili Azərbaycana təhvil versinlər və bir daha, birdəfəlik rədd olub öz qınlarına girsinlər“-deyə, o, əlavə edib.

11:26

***

MM-in İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı isə Xarici İşlər Nazirliyinə (XİN) çağırış edib.

Bildirib ki, son qanlı olaya da səssiz qalan ATƏT-in Minsk qrupu və həmsədrlər institutuna etiraz bildirilməli, ümumiyyətlə, həmsədrlər formatının ləğvi məsələsi qaldırılmalıdır.

11:35

***

S. Qafarova öz növbəsində qeyd edib ki, artıq bütün dostluq qruplarının rəhbərlərinə iyunun 4-də baş vermiş cinayətlə bağlı məktub göndərilib:

“Mənim tərəfimdən də bu məqamla bağlı məktublar ünvanlanıb. MDB PA, Avropa Şurası Parlament Assambleyası spikerlərinə də məktublar göndərmişəm”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bizim rayonlarda çoxlu sayda şirə zavodları olub, indi onların bir çoxu işləmir…”-MM-İN KOMİTƏ SƏDRİNDƏN MARAQLI TƏKLİFLƏR

Read Next

“Bunu özləri də bilir, sadəcə, indi insanların hissləri ilə oynayırlar…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir