MM-in iclası: BƏHRUZ MƏHƏRRƏMOV MÜXALİFƏTİ TƏNQİD ETDİ, RAZİ NURULLAYEV XƏZƏR SAHİLİNDƏKİ ÇİMƏRLİKLƏRİN “İŞĞAL”DA OLDUĞUNU DEDİ, QÜDRƏT HƏSƏNQULİYEV ŞƏHİD SAMİR ƏLİYEVLƏ BAĞLI MƏSƏLƏNİ QALDIRDI – YENİLƏNİB – (2)

Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyində 13 məsələ var.

Həmin məsələlər bunlardır:

1. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 

2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (üçüncü oxunuş).3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (üçüncü oxunuş).4. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).5. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).7. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).8. “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).11. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

14. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsi.

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

11:00

***

Millət vəkili Bəhruz Məhərrəmov cari məsələlərin müzakirəsi zamanı radikal adlandırlan müxalifətin, xüsusilə, Əli Kərimli və onun tərəfdarlarının ünvanına bir sıra sərt ittihamlar səsləndirib.

O, radikalları Azərbaycanın 20 minə yaxın Şəhidinin qanına bais olmaqda, Şuşaya xəyanət etməkdə günahlandırıb.

Millət vəkili bildirib ki, Azərbaycan xalqı heç zaman bu qüvvələri “Ağ ev”ə buraxmayacaq.

Millət vəkili Razi Nurullayev isə qarşıdan yay-isrirahət mövsümünün gəldiyini və insanların dəniz kənarında, çimərliklərdə istirahət etmə arzusunda olduğunu bildirib.

Eyni zamanda bildirib ki, Xəzər dənizi ətarfındakı çimərliklər hələ də “işğal” altındadır və onu bu “işğal”dan qurtarmaq, insanların istifadəsinə vermək lazımdır.

“…İndi yeni hədəf tapıblar. Taleh Kazımovun təyinatından sonra Əli Kərimli və trolları ölkənin ən iri biznes strukturlarından biri olan PASHA Holdinq üzərinə hücuma keçiblər. Bu başa düşmür ki, PAŞA Holdinq və ona daxil şirkətlər Azərbaycan biznes mühitinə yeni koorparativ mədəniyyət gətirib, yeni ruh gətirib. Biznesin yalnız vergi öhdəliyi yox, həm də cəmiyyət qarşısındakı mənəvi sosial öhdəliyi ənənəsini biz PASHA qrupun nümunəsində görmüşük. İstər COVİD-19 pandemiyası ilə mübarizədə, istər müharibə dövründə PASHA Holdinq və ora daxil şirkətlər sözün əsl mənasında milli həmrəylik nümunəsi göstərdi. Bu gün də PASHA grup ailəsi işğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa prosesində vicdanla öz töhfələrini verməkdədir. İndi nədir sizi narahat edən? Təsəvvür edin, bu təfəkkürlü adamlar hakimiyyətə iddialıdır. Özləri bilər, amma sadəcə onu deyim ki, nə qədər bu xalqın həmrəylik ruhu var, Azərbaycançılıq ideyası yaşayır bu xalq sizi o Ağ evə buraxmayacaq. Ondan arxayın olun”-deyə, millət vəkili sözlərinə əlavə edib.

11:10

***

Millət vəkili Qüdrət Həsənquliyev dünən Şəhid Samir Əliyevin nənəsi Cəmilə xanımla görüşdüyünü və bu görüşdən xeyli təsirləndiyini bildirib.

Qeyd edib ki, Şəhid Samir Əliyev Cəmilə xanımın qızının oğludur, evin tək övladı olub, Suqovuşan istiqamətində Vətən yolunda canını fəda edib və “Rəşadət” ordeni ilə təltif olunub.

Onun Bakıda təhsil aldığı 55 saylı məktəbin kollektivi həmin məktəbə Samir Əliyevin adının verilməsi ilə bağlı aidiyyatı qurumlara müracət ünvanlayıb, ancaq onların müraciəti mənfi cavablandırılıb.

“Samir həmin məktəbin yeganə Şəhididir. Ailəsi də, məktəb kollektivi də həmin məktəbə Samir Əliyevin adının verilməsini istəyir. Amma təəssüflər olsun ki, bu məsələ həll olunmur”-deyən millət vəkili bununla bağlı Nazirlər Kabineti ilə əlaqə saxladığını, ancaq müsbət cavab ala bilmədiyini bildirib və qeyd edib ki, artıq bu məsələ öz həllini həll edilməlidir.

11:23

***

“Son zamanlar azad olunmuş ərazilərdə tapılmış kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsində törədilən cinayətləri üzə çıxarır”.

Bunu da “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, bu kütləvi məzarlıqların gələcəkdə də aşkarlanması faktları olacaq:

“Biz bunların əlavə gücləndirici faktlar və dəlillər kimi beynəlxalq məhkəmələrdə istifadəsini nəzərdən keçirməliyik. Çünki burada mülki insanlara qarşı törədilmiş cinayətlərdən söhbət gedir, planlaşdırılmış cinayətlər olub. Xüsusilə bu gün biz Ukraynada mülki insanlara qarşı belə cinayətlərin törədildiyinin şahidiyik və dünya ictimaiyyəti tərəfindən buna olan reaksiyaları görürük. Buna görə biz də Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayətləri yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu minvalla əlləri azərbaycanlıların qanına batmış Sarkisyan, Köçəryan, Balayan kimi şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ukraynaya göndərilməli rəsmi şəxslər barədə qərarvermə mərhələsindəyik”-BAYDEN

Read Next

Cavanşir Feyziyev Soltan Məmmədovla-ƏVƏZLƏNDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir