Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.
Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.
Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır:
- Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
- “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
- “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasa spiker Sahibə Qafarova sədrlik edir.
Qeyd edək ki, millət vəkilləri yenə tibbi maskalar və əlcəklərdən istifadə edir, sosial məsafəni gözləyirlər.
Eyni zamanda, qeyd edək ki, millət vəkillərindən 10-a yaxını koronavirusa yoluxub.
10:59
***
İclası açan S. Qafarova son zamanlar ölkədə koronavirusun sürətlə yayılmasından narahatçılığını ifadə edib.
Qeyd edib ki, koronavirusa yoluxma halları yenidən artmaqdadır.
O, bildirib ki, hətta deputatlar arasında da koronavirusa yoluxma halları var.
Bu baxımdan, spiker deputatlardan xahiş və tələb edib ki, özləırini gözləsinlər, qorusunlar, karantin qaydalarına əməl etsinlər.
Spiker həmçinin, qarşıdan 2021-ci ilin dövlət büdcəsi zərfinin müzakirələrinin gəldiyini xatırladaraq, bir daha hər kəsi məsuliyyətli olmağa və karantin qaydalarına əməl etməyə çağırıb:
“Qarşıda bizi çox vacib işlər gözləyir. Biz bu sessiyada dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul etməliyik. Buna görə də sizdən xahiş və tələb edirəm, özünüzü qoruyun. Tələb edilən qaydalara əməl edin. Koronavirusla mübarizə ümumxalq işidir. Biz hamımız bu məsələdə iştirak etməliyik. Ölkəmizdə koronavirusa yoluxma sayı artıb. Virus sürətlə yayılır”.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





