MM-in iclası-SPİKER İTALİYA SƏFƏRİNDƏN DANIŞDI, AVROPARLAMENTİ SƏRT TƏNQİD ETDİ, ZAHİD ORUC ERMƏNİLƏRƏ SƏSLƏNDİ, HAKİMLƏRLƏ BAĞLI QƏRAR LAYİHƏLƏRİ QƏBUL OLUNDU – YENİLƏNİB – (3)

Bu gün, mayın 21-də Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 23 məsələ daxildir.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

8. “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Lisenziyalar və icazələr haqqında” və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

18. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

19. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

21. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

22. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, millət vəkilləri yenə sosial məsafəni gözləyəcək, bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maska və əlcəklərdən istifadə edəcəklər.

08:22

***

MM-in iclası öz işinə başlayıb.

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

11:00

***

Gündəlikdəki məsələlərin müzakirəsinə keçilməzdən öncə spiker başçılıq etdiyi parlament nümayəndə heyətinin İtaliyaya səfəri barədə məlumat verib.

O, səfərin uğurlu alındığını, parlament diplomatiyasına töhfə verdiyini bildirib.

Onun sözlərinə görə, bu səfər həm də iki ölkə arasında münasibətlərin bir daha yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

Sonra “Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur”-deyən S. Qafarova  erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib:

Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”.

11:07

***

MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bir daha İkinci Vətən Müharibəsindən danışıb.

Qeyd edib ki, müharibə zamanı ermənilər arasında fərarilik halları kütləvi hal alsa da, Azərbaycan Ordusunda bu fakta, bu hala rast gəlinməyib.

O, eyni zamanda, fərarilik edənlərə qarşı cinayət işinin başlanıldığını bildirib və həmin insanları Ermənistanın indiki rəhbərliyinə qarşı çıxmağa səsləyib.

11:15

***

Cari məsələlərdən sonra hakimlərlə bağlı qərar layihələrinə baxılıb.

Və Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin olunub.

“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Ali Məhkəmənin hakimi təyin ediliblər:

Dadaşov İlqar Ağadadaş oğlu;

Əhmədov Əhməd Abbas oğlu;

Əliyev Ələsgər Əliabbas oğlu;

Kərimov Fərhad Abdukərim oğlu;

Mövsümov Nazim Rasim oğlu;

Nağıyev İman Məmməd oğlu;

Rəcəbov İlkin Əbülfəz oğlu;

Kərimov Səyyad Əli oğlu.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimləri təyin olunub:

Allahverdiyev Əli Kərim oğlu;

Kuimova Vera Gennadiyevna;

Qurbanov Yusifəli Süleyman oğlu.

“Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsi hakimləri təyin edilib:

Həmidov Həmid Üzeyir oğlu;

Hüseynov Azər Soltanhəmid oğlu;

Tağızadə Mirzə Nəsib oğlu;

Babayev Zəki Baba oğlu;

Bəktaşi Səadət İnayət qızı;

Əkbərov Mübariz Dosməmməd oğlu;

İbrahimli İbrahim Adil oğlu.

“Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Gəncə Apellyasiya Məhkəməsi hakimləri təyin edilib:

Salman Bilal oğlu Hüseynov;

Mirbahəddin Mirdamət oğlu Hüseynov.

Eyni zamanda qərar layihəsinə görə, Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

“Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:

İlqar Kamal oğlu Dəmirov;

Ağayev Rəşadət Əhməd oğlu;

Paşayev Tofiq Temir oğlu.

“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qərar layihəsinə əsasən, Nuru Quliyev vəzifəsi dəyişdirilərək Şəki Apelyasiya Məhkəməsinin hakimi təyin edilib.

Həmçinin, qərar layihəsinə görə, Rafail Əyyub oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

“Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinə əsasən, aşağıdakı şəxslər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub:

Vəli Əsgər oğlu Abdullayev;

Allahyarov Zaur Mirzağa oğlu;

Bağırov Məhəmməd Ənvər oğlu;

Mayılov Samir İlham oğlu.

Qərar layihələri səsə qoyularaq bir oxunuşda qəbul edilib.

“Avropa Məhkəmələrinə olan müraciətlər və oradan gələn qərarların çoxu ilə tanış olmuşam”.

Bunu MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu qərarların 90%-i prosesin düzgün aparılmadığına görə qəbul edilib:

“Məsələnin mahiyyəti ilə bağlı qərarlar deyil. Ona görə də bu məsələ ciddi nəzarətə alınmalıdır. Digər tərəfdən, məhkəmə qərarları icra edilmir. Biz məhkəmələrə elə səlahiyyət verməliyik ki, bunun icrasına nəzarət edə bilsin. Qərar icra edilməsə, məhkəmə bununla bağlı da məsələ qaldıra bilsin. Digər məsələ – ötür-ötürə son qoyulmalıdır. Elə proseslər var ki, 5 ildir, davam edir. Bir məhkəmənin qəbul etdiyi qərarı digər məhkəmə ləğv edirsə, əvvəlki qərarı verən hakimin maaşından tutulmalıdır. Burada əziyyət çəkən vətəndaş olur. Hakimlər öz işinə professional yanaşmalıdır”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Restoranlarda insanlar toplaşa bilirsə, toylara da icazə vermək olar”-NAQİF HƏMZƏYEVDƏN VACİB TƏKLİF

Read Next

Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyi-BİRLƏŞDİRİLİR? – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir