MM-in rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk videokonfransı-KEÇİRİLDİ – BU GÜN

Milli Məclisdə (MM) idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir.

MM-in mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir. 

Bu gün – martın 29-da MM-in rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib.

Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb. 

Etikxeber.az

Read Previous

“İşsız, yaxud, günəmuzd işləyən təbəqə karantin tədbirləri dövründə bir sıra ödənişlərdən azad edilməlidir”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

Daha bir təşkilat Şuranın “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına-QOŞULDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir