MM-in rəhbərliyi, komitə üzvləri, Aparat və İşlər İdarəsinin əməkdaşları məcaviblərinin bir hissəsini-KMDF-YƏ KEÇİRƏCƏKLƏR

Koronovirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdə və təəssüf ki, sürətlə yayılmaqdadır. Qlobal pandemiya elan olunan koronovirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və vaxtında qabaqlayıcı tədbirlər görüb və bu işlər davam etməkdədir. Ümumdünya səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur və bu təşkilat Azərbaycan dövlətinin bu sahədə atdığı addımları yüksək qiymətləndirir.

Bu haqda Milli Məclisin (MM) Mətbuat Xidmətindən Etikxeber.az-a daxil olan məlumatda deyilir.

Məlumatda sonra qeyd olunub:

“Azərbaycan Respublikasının Milli Məclisi də ölkə ərazisində koronovirus infeksiyası ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlayır. Dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə Parlament  Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir. Belə ki, Milli Məclisin rəhbərliyi, komitələr, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq  əmək haqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər”.

Etikxeber.az

Read Previous

RUSİYANIN İNCƏ HESABLARI VƏ ARXADAN VURULAN ZƏRBƏ-Politoloq yazdı

Read Next

7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir