MM-in rəhbərliyində kimlər təmsil oluna bilər-ƏSƏDOVUN, HÜSEYNLİNİN, ƏSGƏROVUN, QAFAROVANIN, FEYZİYEVİN, QULİYEVİN ADLARI ÇƏKİLİR…

6-cı çağırış Milli Məclisin (MM) cəmi saatlar sonra keçiriləcək ilk-açılış iclasında parlamentin yeni rəhbərliyi seçiləcək.

Hələlik yeni rəhbərlik, seçiləcək şəxslər haqda dəqiq (rəsmi) informasiya verilməsə də, amma MM-in rəhbərliyində təmsil oluna biləcək parlamentarilərlə bağlı məlumatlar sızmaqda, yayılmaqdadır.

Etikxeber.az-ın xəbərinə görə, MM-in sədri vəzifəsinə namizədlər kimi, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, 5-ci dəfə millət vəkili seçilən və 3 dəfə parlamentin (2005-2020-ci illərdı) sədri olan Oqtay Əsdədovla hakim partiyanın nüfuzlu təmsilçilərindən biri, 5-ci dəfə mandat qazanan MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri (2005-2010-cu illərdə) Əli Hüseynlinin adları çəkilir.

Birinci vitse-spiker vəzifəsinə növbəti dəfə hüquq elmləri doktoru, YAP Siyasi Şurasının üzvü, 6-cı dəfə MM-ə seçilən Ziyafət Əsgərovun adı çəkilir.

Qeyd edək ki, Z. Əsgərov 2000-2005-ci illərdə MM sədrinin müavini olub, 2005-ci ildən bu yana isə Birinci vitse-spiker vəzifəsini icra edib.

Vitse-spiker vəzifəsinə 3-cü dəfə millət vəkili olan BSU-nun prorektoru, professor Sahibə Qafarova ilə YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri və ilk dəfə deputat seçilən Hicran Hüseynovanın adları çəkilir.

Digər vitse-spiker (müstəqillərin təmsilçisi kimi) vəzifəsinə isə namizədlər kimi, 3-cü dəfə millət vəkili seçilən Cavanşir Feyziyevlə 4-cü dəfə mandat qazanan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin adları çəkilir.

Onu da qeyd edək ki, konkret adlar səhər saat 9-10 radələrində-YAP-çıların və müstəqillərin ayrı-ayrılıqda keçiriləcək iclaslarında məlum olacaq.

Etikxeber.az

Read Previous

Bitərəf deputatlar da-QAPALI TOPLANTI KEÇİRƏCƏK

Read Next

Avropa Komissiyası kişi və qadınların tam bərabər olması üçün strategiya-HAZIRLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir