Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Xalq Partiyası (AXP) və onun sədri, sabiq deputat, eks Baş nazir Pənah Hüseyn parlamentin sabahkı iclasının İTV-də canlı yayınlanmasını tələb edib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə P. Hüseyn öz sosial şəbəkə hesabında yazıb.
O, bunları qeyd edib:
“Sabah Milli Məclisin onlayn rejimdə keçriləcək iclasında Hökumətin hesabatının müzakirə ediləcəyi bildirilir. Azərbaycan Xalq Partiyası bu iclasın İctimai televiziya (İTV) ilə canlı translyasiya olunmasını, hesabatın və müzakirədəki çıxışların mətninin KİV- də dərc edilməsini tələb edir”.
Xatırladaq ki, MM-in sabahkı iclasının onlayn keçirilməsi nəzərdə tutulmasa da, lakin Baş nazir Əli Əsədov parlamentə videohesabat təqdim edəcək.

Etikxeber.az





