Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) sabah, mayın 19-da növbəti plenar iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə ilkin olaraq, 19 məsələ salınıb.
İclasda əsas müzakirə mövzusu İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, o cümlədən, ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi olacaq.
Öncə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun hesabatı dinləniləcək, sonra illik məlumat ətrafında müzakirələr başlanılacaq və sonda sənəd təsdiqlənəcək.
Qeyd edək ki, illik məlumat bu gün MM-in İnsan hüquqları (sədr Zahid Oruc) və Hüquq siyasəti və dövlət quruculuğu (sədr Əli Hüseynli) komitələrinin birgə iclasında da müzakirə ediləcək və sabahkı iclasa tövsiyə olunacaq.
Birgə iclasa Birinci viste-spiker, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sədrlik edəcək.
MM-in sabahkı iclası isə yenə spiker Sahibə Qafarovanın sədrliyi ilə baş tutacaq.
Deputatlar yenə bir-birindən iki metr aralıda oturacaq, yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.
65 yaşdan yuxarı olan deputatlar da iclasa qatılacaqlar.
09:06
***
Bu gün İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.
Bu haqda isə MM-in Mətbuat Xidməti məlumat yayıb.
“Tədbirdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinləniləcək. Dinləmələrdən sonra müzakirələrin aparılması gözlənilir”-deyə, sonra qeyd olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az