MM-in sabahkı iclasının-GÜNDƏLİYİ DƏYİŞDİ… HESABLAMA PALATASININ SƏDR MÜAVİNİ VƏ 3 YENİ AUDİTOR KİMLƏR OLACAQ?

Milli Məclisin (MM) martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Hesablama Palatasına yeni təyin olunacaq sədr müavini və auditorların adları məlum olub.

Nəsir İbrahim oğlu Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərinə-BAŞLADI… – FOTOLAR – YENİLƏNİB

Read Next

Sabiq Xarici İşlər nazirinin qızı-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir