MM-in sonuncu iclası: DEPUTATLAR QISA QIŞ TƏTİLİNƏ YOLLANDI – FAZİL MUSTAFA TIXACDAN ŞİKAYƏTLƏNDİ, MƏLAHƏT İBRAHİMQIZI APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇILARI İLƏ BAĞLI MƏSƏLƏ QALDIRDI – YENİLƏNİB – (3)

Bu gün, 30 dekabr tarixində Milli Məclisin (MM) payız (qış) sessiyası çərçivəsində sonuncu plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardər:

1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 

2. “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 3. “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 4. “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

  5. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 6. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

9. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Sonda payız (qış) sessiyası Dövlət himninin oxunması və səsləndirilməsi ilə öz işini başa vuracaq.

Bununla da MM və deputatlar qısa qış tətilinə çıxacaq.

08:49

***

MM-in iclası başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

“İndi Bakı şəhərində pik saatı anlayışı yoxdur, istənilən saatda tıxacda qalırsan”.

Bunu deputat Fazil Mustafa deyib.

O, bildirib ki, aidiyyəti qurumların 2022-ci ildə bu problemin necə həll olunacağını insanlara izah etməsini gözləyirik:

“Biz intellektual idarəetmə əvəzinə cərimə yığma yolunu seçdik. Nə parklanma məsələsi həll oldu, nə tıxac məsələsi öz həllini tapdı. Saat 9-da işə başlayan məmur saat 7-də evdən çıxır ki, işə gecikməsin. Bakı şəhərini necə yüngülləşdirəcəyik ki, insanlar tıxacda bu qədər vaxt itirməsin?! Bu problemin həlli üçün insanlara konkret yol xəritəsi təqdim olunmalıdır. 4 saat tıxacda qalmaq iqtisadiyyata nə qədər ziyan vurur”.

Deputat Razi Nurullayev isə qeyd edib ki saatlarla insanlar yollarda qalır, bunu tənqidlə də həll etmək mümkün olmur:

‘İnsanların iş saatlarını bölmək olar. Bəzi ölkələrdə insanlar iş saatlarını özləri seçir. Bizdə də bu təcrübəni tətbiq etmək olar. Saat 7-də işə gələn saat 3-də çıxsın. Bu dünyada tətbiq edilən mexanizmdir. İşçilərin bir hissəsinin iş saatı 8-də, 9-da, 10-da başlasın. Bunu bizdə tətbiq etsək, insanlar 3-4 saat yollarda qalmazlar”.

***

“Zəfərdən sonra hər bir günümüz hər saniyəmiz uğurlarla yadda qalır”.

Bunu da deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, dünən Prezident İlham Əliyev Vətən müharibəsində iştirak edənlərə müharibə veteranı adı verilməsi ilə bağlı sərəncam imzalayıb:

“Dünən imzalanan bütün sərəncamlar bir daha göstərir ki, Prezidentimiz hər an xalqımız yanındadır. Sərəncamda müharibə veteranı adı verilməsi ilə bağlı bütün qurumlara tapşırıqlar verilib. Mən əminəm ki, 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edən şəxslər də veteran adı və təqaüdü alacaqlar. Nazirlər Kabinetinin müvafiq şöbəsinin bu məsələni diqqtədə saxlaması yaxşı olardı”.

11:35

***

MM-in payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

S.Qafarova MM-in payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da MM-in payız sessiyası işini yekunlaşdırıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İTV-nin Yayım Şurasının-TƏRKİBİ DƏYİŞDİ…

Read Next

Bayram günlərində-HAVA NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir