MM-in təcili iclası-BAŞLADI – İCLASDA CƏBHƏDƏ BAŞ VERƏNLƏR MÜZAKİRƏ OLUNUR – ÖLKƏDƏ HƏRBİ VƏZİYYƏTİN ELAN OLUNMASI İLƏ BAĞLI QƏRAR QƏBUL EDİLİB – YENİLƏNİB – (2)

Bu gün 6-cı çağırış Milli Məclisin (MM) təcili iclası çağırılıb.

Etikxeber.az xəbər verir ki, iclas saat 16:00-a çağırılsa da, hələlik öz işinə başlamayıb.

MM-dən əldə etdiyimiz məlumata görə, iclas gecikir və bir azdan başlanması gözlənilir.

16:38

***

MM-in iclası 50 dəqiqə gecikməklə, öz işinə başlayıb.

Deputatların böyük əksəriyyəri iclasa qatılıb.

16:51

***

 İclasda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı və Azərbaycan uğurlu əks-hücum əməliyyatı müzakirə olunur.

16:57

***

İclasda millət vəkillərindən Erkin Qədirli, Səməd Seyidov, Fazil Mustafa, Razi Nurullayev və başqaları çıxış ediblər.

İclasın sonunda ölkədə hərbi vəziyyətin elan edilməsi barədə qərar qəbul olunub.

Hərbi vəziyyətlə əlaqədar olaraq, bu gecə 00:00-dan etibarən Bakı, Gəncə, Yevlax şəhərlərində və başqa bir neçə bölgədə komendant saatının elan olması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik, qələbə çalacağıq”-MƏLAHƏT İBRAHİMQIZI

Read Next

Goranboy istiqamətində hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi-AZAD OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir