“MM sədrinin təşəbbüsü ilə deputatlarla, siyasi partiyalarla internet üzərindən əlaqənin qurulması da…” – DEPUTAT SPİKERİ YENƏ TƏQDİR ETDİ

Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə dünya, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə Milli Məclis də Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir. Belə ki, deputatlar, Milli Məclisin Aparatı və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq əməkhaqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər. Burada hər bir deputatın və aparat işçisinin könüllük əsasında bu yardım kompaniyasına qoşulması nəzərdə tutulur və hər hansı bir ödəniş məbləği açıqlanmır. Bu olduqca önəmlidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, çünki hamının imkanları eyni deyil, burada əsas hədəf məbləğin azlığı-çoxluğu deyil, insanların ümummmilli məsələdə həmrəylik göstərməsidir.

“Digər tərəfdən Milli Məclis sədrinin təşəbbüsü ilə ayrı-ayrı deputatlarla, siyasi partiyalarla internet mexanizmi üzərindən əlaqənin qurulması da fiziki olaraq kütləvi şəkildə bir yerə toplanmanın məqsədəuyğun olmadığı şəraitdə ən optimal fəaliyyət mexanizmi sayılmalıdır. Bu çətin şəraitdə hər bir dövlət orqanının, hər bir qurumunun mövcud imkanlar daxilində bu cür uyğun əlaqə formasını tapması böhran durumunda idarəetmənin effektivliyini qorumaq baxımından olduqca faydalıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Parlamentdə internet üzərindən informasiya mübadiləsi qrupları-YARADILDI…

Read Next

“Evdən çölə çıxmayacam…”-ELDAR İBRAHİMOV – BƏS DİGƏR YAŞLI DEPUTATLAR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir