MM üzvlərinin sayı 118-ə düşə bilər – HAKİM PARTİYADAN ÖZ DEPUTATLARINA XƏBƏRDARLIQ

5-ci çağırış Milli Məclis (MM) üzvlərinin sayının 125-dən 118-ə düşməsi gözlənilir.

Etikxeber.az-ın xəbərinə görə, bu, adı borc və deputatlıq vəsiqəsinin girov qoyulması qalmaqalında hallanan 3 cağırış MM-in üzvü-hüquqşünas millət vəkili Rafael Cəbrayılovun məlum olayla bağlı deputatlıqdan istefa verməsi və ya müvafiq prosedurların işə salınaraq, onun səlahiyyətlərinə xitam verilməsi ilə yaşana bilər.

Belə ki, R. Cəbrayılovla bağlı məsələ parlamentdə və MM-də çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasında (YAP), onun ali qanunverici orqandakı təmsilçilərində ciddi narazılıq, narahatlıq yaradıb.

Hətta, məlumatlı mənbənin bildirdiyinə görə, dünən YAP rəhbərliyinin (İcra Katibliyinin) fəal və aktiv YAP-çı deputtalarla qapalı müşavirəsində də bu məsələ müzakirə mövsuzu olub, narahatlıq ifadə edilib.

Həmçinin, hakim partiyadan və iqtidaryönlü olan deputatlara öz addımlarında, davranışlarında, açıqlamalarında, çıxışlarında soyuqqanlı və məsuliyyətli olmaları ilə bağlı ciddi tapşırıqlar verilib, xəbərdarlıqlar edilib.

rafael cebrayil

Eyni zamanda, YAP icra katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov R. Cəbrayılovu  deputatlıqdan istefa verməyə səsləyib.

Odur ki, həm YAP-ın qapalı müşavirəsində səslənənlərdən, həm də YAP rəsmilərindən olan S. Novruzovun açıqlamasından sonra R. Cəbrayılovun deputatlığa “əlvida” deməsi gözlənilir.

Əgər belə olarsa, o zaman MM üzvlərinin sayı 125-dən 118-ə düşə bilər.

Qeyd edək ki, hazırda MM-də 119 millət vəkili var.

6 millət vəkili – Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi, Rövşən Rzayev, Fuad Muradov, Muxtar Babayev, Vüsal Hüseynov 2018-ci ilin 11 aprel seçkilərindən sonra vəzifələrə təyin, hökumətdə təmsil olunmaları, professor Astan Şahverdiyev isə 2018-ci ilin əvvəllərində ürəktutmasından dünyasını dəyişməsi ilə əlaqədar deputatlıq fəaliyyətlərini dayandırıblar.

Etikxeber.az

 

Read Previous

“Pərvanələr, şam işığı, yuxusuz gecələr…mənə yad idi” – YAP-ÇI DEPUTAT

Read Next

Siyasi fəal tanınmış müğənnini “sevgi məhbusu” adlandırdı və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir