MN 7 hərbçimizin həlak olması barədə məlumatları təkzib etdi

“Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

MN-dən bir daha təsdiq ediblər hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.

“Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb”- deyə, MN-dən bildiriblər.

Etikxeber.az

Read Previous

Zabrat-Maştağa yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində dayanacaq quraşdırıldı – FOTO

Read Next

Musiqili Teatr beynəlxalq festivalda iştirak edəcək- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir