MN: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Etikxeber.az

Read Previous

Ərdoğanla Obama yenə görüşdülər – Bu dəfə telefonda…

Read Next

Prezident daha 4 səfirin etimadnaməsini qəbul etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir