MN-dən hərbi xidmətə çağırışla bağlı-AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

Nazirliyin məlumatına deyilir ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir: “Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək”.

MN-dən həmçinin bildirilib ki, “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsi ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır”.

Nazirliyin məlumatında sonra deyilir ki, bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq. 

Etikxeber.az

Read Previous

“Canlı formada suallarınızı cavablandırmaq, təkliflərinizi eşitmək istəyirəm…”-DEPUTAT SEÇİCİLƏRİNƏ SƏSLƏNDİ

Read Next

“Unimac AZ” MMC koronovirusa qarşı mübarizəyə maddi dəstək-GÖSTƏRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir