MN-in hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb-HƏRBİ PROKURORLUQ

Müdafiə Nazirliyinin (MN) N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir”-deyə, məlumatda bildirilib.

Etikxeber.az

Read Previous

Ailənin sonbeşiyi, evin tək və nişanlı oğlu-22 YAŞINDA FÜZULİDƏ ŞƏHİD OLAN SƏMİD XOŞBƏXT OĞLU ƏLİYEV… – FOTOLAR

Read Next

Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı-BİRGƏ MƏLUMAT YAYILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir